Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

Şəhid ailələrinə birdəfəlik müavinət üzrə növbəti ödəniş tranşına start verildi

31.01.2019 12:56 5 492
Şəhid ailələrinə birdəfəlik müavinət üzrə növbəti ödəniş tranşına start verildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən komissiyanın növbəti iclası keçirilib və 661 şəhid hərbi qulluqçunun 954 vərəsəsinə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edilib.

Nazirlikdən daxil olan məlumata görə, qəbul olunan qərar əsasında ödənişin həyata keçirilməsi üçün vərəsələrin siyahısı aidiyyəti quruma göndərilib.

Birdəfəlik ödəmə - 11 min manat vəsait onların bank hesablarına köçürüləcək və bu barədə onların sənədlərini təqdim edərkən qeyd etdikləri telefon nömrələrinə elektron qaydada SMS-bildiriş göndəriləcək.

Bununla da indiyədək artıq 3 min 758 şəhidin 5 min 144 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub və onlardan 3 min 100 şəhid üzrə 4 min 200 vərəsəyə ödəniş edilib.

Xatırladaq ki, prezident İlham Əliyevin 28 yanvar 2019-cu il tarixli fərmanı ilə birdəfəlik ödəmə verilən şəhid vərəsələrinin əhatə dairəsinə 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2 min725 nəfərin (o cümlədən, vərəsələri 11 min manatdan az sığorta ödənişi almış 2 min 264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin) vərəsələri də daxil edilib.

Beləliklə, vərəsələrinə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhidlərin sayı 12 min 268-ə çatıb. Bunun üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur.
//oxu.az

Son xəbərlər