Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Daha 142 şəhidin vərəsələrinə birdəfəlik ödəmə veriləcək - Nazirlik

01.12.2018 15:22 1 721
Daha 142 şəhidin vərəsələrinə birdəfəlik ödəmə veriləcək - Nazirlik
Şəhid hərbi qulluqçulardan daha 142 nəfəri üzrə 210 vərəsəyə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN)verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının icrası ilə əlaqədar ƏƏSMN-də fəaliyyət göstərən Komissiyanın iclasında şəhid hərbi qulluqçulardan daha 142 nəfəri üzrə 210 vərəsəyə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edilib.

İclasda bildirilib ki, ümumilikdə şəhid hərbi qulluqçulardan 9531 nəfərinin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən olunub. Onların vərəsəliyi notarial qayada təsdiq edilir və birdəfəlik ödənişlə təmin edilmək üçün elektron qaydada ƏƏSMN-ə göndərilir.

Təqdim olunmuş bu sənədlərə işçi qrupu tərəfindən baxıldıqdan sonra komissiya tərəfindən ödəmənin verilməsi barədə qərar qəbul olunur. Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmə verilməsi dövlət başçısının mühüm sosial önəm kəsb edən humanist bir addımı olmaqla, ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğının növbəti təzahürüdür.

Qeyd edək ki, bu günədək artıq 1223 şəhid hərbi qulluqçu üzrə 1509 vərəsəyə 11 min manat məbləğində ödəmənin verilməsi üçün qərarlar qəbul olunub və ödənişin verilməsi prosesi davam etdirilir.скачать dle 11.3

Son xəbərlər