Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Yoluxucu xəstəliklərə qarşı profilaktika aparılır - Fotolar

26.01.2019 21:18 2 014
Yoluxucu xəstəliklərə qarşı profilaktika aparılır - Fotolar
Zaqatala Rayon Baytarlıq İdarəsi rayon ərazisində mülkiyyət formasından asılı olmayaraq təsərrüfatlarda saxlanılan heyvanlarda iti yoluxucu xəstəliklərin qarşısının alınması istiqamətində epizootiya əleyhinə profilaktik tədbirlər aparır.

Dövlət Baytarlıq Xidmətindən (DBX) verilən məlumata görə, Zaqatala Rayon Baytarlıq İdarəsi tərəfindən 2019-cu ildə 19 sahə baytarlıq məntəqəsi vasitəsilə 62 kənd və 2 qəsəbədə mövcud olan 61013 baş iribuynuzlu, 139 816 baş xırdabuynuzlu, 316 374 baş quş, 4695 baş təkdırnaqlı heyvan və 3500 baş sahibli itdə profilaktik peyvəndləmə, diaqnostik və seroloji müayinələrin aparılması nəzərdə tutulur.

Hazırda rayonun baytarlıq mütəxəssisləri tərəfindən Car kəndində yerləşən Şahinzadə Orxana məxsus fermer təsərrüfatında 35 baş iribuynuzlu, Aşağı Tala kəndində yerləşən Mehdiyev Rasimə məxsus 60 baş iribuynuzlu heyvanda və rayonun ayrı-ayrı təsərrüfatlarında saxlanılan 59 879 baş iribuynuzlu heyvanda və 3709 baş təkdırnaqlı heyvanda qarayara, 1734 baş sahibli itdə quduzluq əleyhinə peyvəndləmə tədbirləri aparılıb. Eləcə də 2533 baş iribuynuzlu heyvandan və 83 baş ana qoyundan bruselyozun müayinəsi üçün qan nümunəsi götürülərək 1260 kvadratmetr sahədə profilaktik, 350 kvadratmetr sahədə məcburi dezinfeksiya işləri görülüb. İribuynuzlu, təkdırnaqlı heyvanlarda və donuzlarda bu tədbirlərin fevralın birinci ongünlüyünə kimi yekunlaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, 2018-ci il ərzində rayon ərazisində bruselyoz xəstəliyini aşkar edilməsi, xəstəliyin qarşısının alınması məqsədi ilə 13 600 baş iribuynuzlu heyvandan, 3573 baş törədici qoçlardan qan nümunələri götürülərək müayinə olunub. Həmçinin 59 518 baş iribuynuzlu, 3731 baş təkdırnaqlı heyvanlarda qarayara və 3452 baş sahibli itdə isə quduzluq əleyhinə peyvəndləmə aparılaraq 89 809 kvadratmetr sahədə profilaktik, 4630 kvadratmetr sahədə məcburi dezinfeksiya, 119 000 kvadratmetr sahədə dezinseksiya və 8800 kvadratmetr sahədə deratizasiya işləri aparılıb. Tədbirlər davam etdirilir.

Tədbirlərin icrası müddətində vətəndaşlar arasında maariflənmə işləri aparılıb, heyvanların yemlənmə, bəslənmə şəraitinin yaxşılaşdırılması və qaydalara ciddi əməl olunması ilə bağlı müvafiq məsləhət və tövsiyələr verilib.

Zaqatala rayonunda bundan sonra epizootik tədbirlər planına uyğun olaraq ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, leptespiros, brusellyoz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptespiros xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə xırdabuynuzlu heyvanlardan (qoçlardan) qan nümunələrinin alınması, iribuynuzlu heyvanlarda vərəmə (allergik), qoçlarda infeksion epidedimitə (seroloji) və atlarda manqo xəstəliyinə görə (maleinizasiya) müayinələrinin aparılması nəzərdə tutulur.

Dövlət Baytarlıq Xidməti tərəfindən rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib. Cari ildə dövlət vəsaiti hesabına alınan, “soyuq zəncir” rejimi gözlənilməklə bölgü əsasında sahə baytarlıq məntəqələrinə çatdırılan biopreparatlar, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatları rayon baytarlıq idarələrinin əməkdaşları tərəfindən “Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı”na uyğun olaraq əhalinin mal-qarasına ödənişsiz əsaslarla (pulsuz) tətbiq edilir.

Hazırda iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.//qafqazinfo.az

Son xəbərlər