Mojo.az Banner
18:09 1-ci sinfə gecikən uşaqlar üçün elektron qəbul başlayır  |     18:03 İkinci əl telefon alarkən bu səhvi etməyin - XƏBƏRDARLIQ  |     17:58 Qazaxıstan "Avroviziya-2027" qatılır?  |     17:51 Çilidə qocalar evi yandı, çoxlu sayda ölən var  |     17:44 Hörmüzdən sonra yeni təhlükə: Daha bir keçid risk altındadır  |     17:39 Xərçəng riskini artıran əsas vərdişlər açıqlandı  |     17:31 Unun topdansatış qiyməti nə qədər bahalaşdı?  |     17:25 ÜST xəbərdarlıq etdi: Bu vərdiş övlad sahibi olmaq şansını bitirir!  |     17:18 Bakıda skuterlər təhlükəyə çevrilir: Nəzarət yetərlidirmi?  |     17:13 Anasının pensiyasını əlindən alan şəxs həbs edildi  |     17:07 Daha çox avtomobil, daha çox tıxac: Bakı bu yükü daşıya biləcəkmi?  |     17:00 Maaş ayın sonuna çatmır: Ailə büdcəsini necə qorumaq olar?  |     16:55 Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu (VİDEO)  |     16:47 40 yaşlı Ledi Qaqa ilk dəfə ana oldu  |     16:42 1200 manatdan 36 min dollaradək - Azərbaycanda əcnəbi tələbələrə təhsil haqqı  |     16:34 Bu yay dənizdə batan tanınmış azərbaycanlılar (SİYAHI)  |     16:28 Daha çox su içdikdə orqanizmdə hiss edəcəyiniz 5 dəyişiklik (ARAŞDIRMA)  |     16:23 Ötən gün 9 odlu silah aşkarlanıb  |     16:15 Ətirli yoqurtlar qanda şəkərin səviyyəsinə necə təsir edir?  |     16:10 34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Lənkəranda 4 min itə quduzluğa qarşı peyvənd vurulub

23.01.2019 22:11 2 031
Lənkəranda 4 min itə quduzluğa qarşı peyvənd vurulub
Yanvar ayının ilk günlərindən başlayaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) ölkədə “Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı”na uyğun olaraq iti yoluxucu xəstəliklərə qarşı profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirlərinə başlayıb.

Median.az
Qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda Dövlət Baytarlıq Xidmətinin Lənkəran Rayon Baytarlıq İdarəsi iribuynuzlu, təkdırnaqlı heyvanlar arasında qarayara və ev itləri arasında quduzluq xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirlərini aparır. Bununla yanaşı, iribuynuzlu heyvanlardan bruselyoz xəstəliyinin müayinəsi məqsədilə qan nümunələri alınır. Tədbirlər yekunlaşdıqdan sonra ərazilərdə profilaktik dezinfeksiya işləri həyata keçirilir. Rayonda iribuynuzlu, təkdırnaqlı heyvanlarda və donuzlarda qarayara xəstəliyinə qarşı aparılan tədbirlərin fevralın birinci ongünlüyünə kimi yekunlaşdırılması nəzərdə tutulur.

Aparılan tədbirlər çərçivəsində ilin əvvəlindən indiyə kimi Lənkəran rayonunun ayrı-ayrı şəxsi və fermer təsərrüfatlarında 29976 baş iribuynuzlu, 162 baş təkdırnaqlı heyvanda qarayara xəstəliyi əleyhinə peyvəndləmə tədbiri aparılıb, 281 baş iribuynuzlu heyvandan bruselyoz xəstəliyinin müəyyən edilməsi məqsədilə qan nümunəsi alınıb və 800 kvadratmetr sahədə dezinfeksiya və dezinseksiya işləri görülüb.

Qeyd edək ki, Lənkəran Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri tərəfindən 2018-ci il ərzində 53503 baş iribuynuzlu, 22320 baş xırdabuynuzlu, 6000 baş cavan iribuynuzlu, 300 baş təkdırnaqlı heyvanlarda qarayara, 4000 baş qapı itlərində quduzluq, 8371 iribuynuzlu, 3100 xırdabuynuzlu heyvanda brusellyoz xəstəliyinə qarşı peyvəndləmə tədbiri aparılıb. Eləcə də həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin qarşısını almaq məqsədi ilə 9080 baş iribuynuzlu və 459 baş xırdabuynuzlu heyvanlardan (qoçlardan) qan nümunələri alınaraq müayinə edilib. Həmçinin başa vurduğumuz il ərzində rayonda 10700 kvadratmetr sahədə profilaktik dezinfeksiya tədbirləri icra olunub.

Cari ilin epizootiya əleyhinə planında isə bundan sonra Lənkəran rayonunda ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, leptespiros, bruselyoz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptespiros xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi ilə xırdabuynuzlu heyvanlardan (qoçlardan) qan nümunələrinin alınması, iribuynuzlu heyvanlarda vərəmə (allergik), qoçlarda infeksion epidedimitə (seroloji) və atlarda manqo xəstəliyinə görə (maleinizasiya) müayinələrinin aparılması nəzərdə tutulur.

скачать dle 11.3
Mojo.az Banner