Tanınmış plastik cərrah Vaqif Qələndərli məhkəməyə verildi - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:02 Tramp: İran razılaşmadan imtina etsə, ABŞ neft ixracını sıfıra endirəcək  |     22:46 Məcnun Məmmədov koronavirusa yoluxub  |     22:38 Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib  |     22:30 Ramaldan danışıb ağladı - VİDEO  |     22:23 Azərbaycanın Su-25 təyyarələrinin qatıldığı “Anadolu Ankası-2025” beynəlxalq təlimi başlayıb - YENİLƏNİB  |     22:15 ANAMA-nın vəzifəli şəxsi bu səbəbdən işdən çıxarıldı  |     22:07 Rusiyalı idmançının Azərbaycan yığmasına keçidi baş tutmadı  |     22:00 Piknikə gedəndə bu rəng paltarlar geyinməyin - Gənə yapışacaq  |     21:52 Bu şəxslərə mənzil veriləcək  |     21:49 Sumqayıtda iki qohum tanımadıqları şəxs tərəfindən bıçaqlanıb - YENİLƏNİB  |     21:45 Döyülərək öldürülən Elgünün atası DANIŞDI - VİDEO  |     21:38 Azərbaycanda bu veriliş Ginnesin Rekordlar Kitabına düşdü  |     21:30 Daşkəsənə dolu yağıb  |     21:18 10 əlamət hormonal balanssızlığı göstərə bilər  |     20:57 Bakıda 128 yaşlı tarixi bina sökülüb?  |     20:41 Gəncədə öldürülən məktəbli imtahanlardan yüksək nəticə göstəribmiş  |     20:24 Bakıya gələn qatar qoyun sürüsünə çırpıldı - 37 heyvan tələf oldu  |     20:19 Bu ilin I rübündə yanğında həlak olanların sayı açıqlandı  |     20:10 Lerikdə vəzifə saxtakarlığı: Kommunal Birliyin rəisi cəzalandıldı  |     19:59 Bu ölkələri seçməklə xaricdə ödənişsiz təhsil ala bilərsiniz - SİYAHI  |    

Tanınmış plastik cərrah Vaqif Qələndərli məhkəməyə verildi - FOTO

Tanınmış plastik və rekonstruktiv cərrah, professor Vaqif Qələndərli prokurorluğa verilib və törətdiyi əməllə bağlı cinayət işinin açıldığı bildirilir. Buna səbəb səkkiz yaşlı uşağı səhv müalicə etməsi, nəticədə, barmaqlarından birini itirməsi olub.

Median.az xəbər verir ki, bu barədə AFN-ə səkkiz yaşlı Murad Şaldıyevin anası Pərvanə Şaldıyeva məlumat verib.

Onun sözlərinə görə, keçən il oktyabrın 16-da axşam saat 5-6 radələrində evlərinin həyətlərində uşaq yıxılıb. Bu zaman həyətdəki mərmər daşın başlığı qırılıb və sağ əlinin üzərinə düşüb. Valideynləri dərhal M.Şaldıyevi Travmatologiya İnstitutuna aparıblar, xəstəxanada rentgenə salınıb, əl gipsə qoyulub. Axşam olduğu üçün məsləhət görülüb ki, uşaq evə aparılsın, səhər acqarına xəstəxanaya gətirilsin. Çünki narkoz verilərək əməliyyat olunmalı imiş.

P.Şaldıyeva qeyd edib ki, axşam ailə üzvləri qohumları olan professor, plastik cərrah Vaqif Qələndərli ilə danışıblar. V. Qələndərli səhər M. Şaldıyevi yanına gətirmələrini məsləhət görüb:

“Səhər Vaqif Qələndərlinin rəhbəri olduğu Qələndərli Klinikasına getdik. Vaqif Qələndərli indi uydurar ki, telefon danışığı hadisədən bir gün sonra olub. Bu, uydurmadır. Sonradan onu da bildik ki, o, travmotoloq yox, sadəcə, plastik cərrah imiş. Həmin vaxt bizə dedi ki, qopmuş qol tikib, Azərbaycanda ondan başqa bu əməliyyatı heç kim edə bilməz. Mən də qohum olduğu üçün ona inandım. Dedi ki, narahat olmayın, barmaq yerində olacaq, sadəcə, 20 faiz qatlanmağında problem ola bilər.

Biz də dedik ki, qatlanmağında eybi yoxdur, barmaq yerində olsun. 17 oktyabr səhər saatlarında əməliyyat oldu. Xəstəxanada bir gün qaldıq, 18-də çıxdıq. Dörd gün sonra Vaqif Qələndərli dedi ki, ABŞ-a gedir, iki həftə orada olacaq, xəstəxanaya gəlin, tibb bacısı sarğısını dəyişəcək. Tibb bacısı baldızı, klinikanın baş həkimi isə atasıdır”.

P.Şaldıyeva sarğı dəyişən zaman uşağın barmağının qaraldığını, sarğıdan iy gəldiyini görüb. Tibb bacısından soruşanda isə həkimin xəbərinin olduğunu, narahatlığa əsas olmadığını söyləyib:

“Tibb bacısı dedi ki, narahat olmayın, dırnaq qaralıb düşəcək, yerinə yenisi bitəcək. Sonradan uşağın əlinin şəklini çəkdim, başqa həkimlərə göstərdim, qanqrena olduğunu dedilər. Bir həftədən sonra Vaqif Qələndərli gəldi, bizə dedi ki, narahat olmayın, qanqrena yoxdur. Uşağın əlinin şəklini Türkiyəyə göndərdim, oradan həkim rəyi gəldi ki, qanqrenadır, ələ keçir.

Türkiyədə, Bakıda heç bir həkim uşağı götürmədi ki, qanqrenadır. Vaqif Qələndərli noyabrın 13-də yenidən uşağı əməliyyata saldı, barmağını kəsdi. Dedi ki, alınmadı, barmaq bitişmədi. Hətta mənin əvəzimdə razılıq kağızı imzaladıb, prokurorluğa təqdim edib. Guya mən barmağın kəsilməsinə icazə vermişəm. Prokurorluğa müraciət etmişəm, cinayət işi açılıb. Həmin imzalanan sənəd ekspertizadadır, inşallah, kimin mənin əvəzimə qol çəkdiyi üzə çıxacaq”.

V.Qələndərlinin ikinci əməliyyatından sonra M.Şaldıyev yenidən Travmatologiya İnstitutuna aparılıb. Noyabrın 15-də yenidən uşağın əli rentgenə salınıb. İnstitutun əl cərrahiyyəsi şöbəsinin müdiri Fikrət Qafarov V.Qələndərlinin özü ilə də danışıb:

“Fikrət Qafarov dedi ki, barmaqda yara irinli, iltihablıdır, əgər keçməsə, yenidən əməliyyat olunmalıdır, sümük qırıntıları qalıb. İndi uşağı heç bir həkim götürmür ki, iş prokurorluqdadır, qorxuruq. Vaqif Qələndərli hazırda ekspertizaya təzyiq edir. İnsanın klinikası olanda belə olmalıdır?! İnşaallah, bu körpənin ahı yerdə qalmaz”.

Ana bildirir ki, əməliyyat üçün xəstəxanaya 1000 manat məbləğində pul ödəyiblər:

“Amma indi məni daha çox uşağımın sağlığı maraqlandırır. Dörd aydır məktəbə gedə bilmir, idmandan qalıb. Sağ əlidir, onun gələcəkdə axırı necə olacaq?!”

V.Qələndərli açıqlamasında bildirib ki, iddialarla razı deyil:

“Uşağın barmağı daş altında çox möhkəm əzilmişdi. Bir sutkadan sonra bizə gətirildi, müayinə edəndə gördük ki, barmağın üzü göyərib, artıq çürümüşdü. Biz onu dibindən kəsməmək, yarıdan çoxunu qorumaq üçün müalicəyə başladıq, müəyyən müddət gözləməli idik ki, görək, barmaq necə reaksiya verəcək. Bizim təcrübəmizdə belə əməliyyatlar çox olub. Mən iki dəfə bədəndən qopmuş qolu bərpa etmişəm. Təəssüf ki, bu uşaqda barmağın qurtulmaq şansı yox idi. Barmağın boynunu nə qədər qoruyub saxlaya bildiksə, saxladıq”.

Pasiyentlə qohumluq əlaqələrinin olmadığını söyləyən V.Qələndərli deyib ki, onlar uzaq qohumlarının tanışlarıdır:

“Zəng etdilər, qəbul etdik. Lap qohum olsa da, yad olsa da, vəziyyətə uyğun nə lazım idisə, etdik. İndi valideyndir, onu da anlayırıq. Amma bir həkim kimi qəti şəkildə deyirəm ki, burda tibbi səhv olmayıb. O uşaq hansı klinikaya, lap Türkiyəyə də aparılsaydı, o barmaq dibindən kəsiləcəkdi. İndi şikayət edir, prokurorluğa verir, versin. Belə hallarda uşaq 6-8 saat ərzində çatdırılsa, daha yaxşı olardı, bir sutka keçib. Barmağın sümükləri də, damarları, əzələsi də dibindən dağılmışdı, barmağa qan gəlmirdi.

Tibb ictimaiyyəti nə dediyimi gözəl anlayır. Mən bu əməliyyatlar üzrə peşəkaram. Cihazlarda, avadanlıqda qalıb qopmuş əli, qolu yerinə tikirəm. Bir şərtlə ki, tez müdaxilə olunsun. Kaş bizim də əlimizdən nəsə gələydi, amma mümkün deyildi. Barmaq dibdən də kəsilə bilərdi. Amma biz barmağın boynunu saxladıq. Əməliyyatdan xeyli aylar keçib, həmin əldə hər hansı qaralma, nekrozlaşma bundan sonra mümkün deyil”.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 626 25.01.19 21:20