Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Fəaliyyətinə icazə verilən 42 plastik cərrah Topçubaşov Adına Elmi Cərrahiyyə Mərkəzində işləyəcək

16.05.2025 15:44 1 041
Fəaliyyətinə icazə verilən 42 plastik cərrah Topçubaşov Adına Elmi Cərrahiyyə Mərkəzində işləyəcək
Səhiyyə Nazirliyinin M.A.Topçubaşov Adına Elmi Cərrahiyyə Mərkəzində Plastik və rekonstruktiv cərrahiyyə şöbəsi yaradılır.

Median.Az
"Report"a istinadla xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev parlamentin bugünkü plenar iclasında Əmək Məcəlləsinin müzakirəsi zamanı deputatların sualını cavablandırarkən deyib.

Nazir qeyd edib ki, bu sahədə fəaliyyətinə icazə verilən və adları siyahıda olan 42 plastik cərrah da orada işləyəcək:

"Siyahıda xaricdə təhsil almış şəxslər var. Hətta aralarında tibb üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə edənlər var. Düşünürəm ki, həmin şöbə bu sahədə nümunəvi olacaq".

Son xəbərlər