Mojo.az Banner
23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |     21:37 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)  |     21:34 Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar  |     21:19 Tünd çörək həmişə çovdar çörəyi deyil: Seçim zamanı səhvə yol verməyin  |     21:18 ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu  |     21:08 "Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi  |     21:07 Bakıda məktəbli sinif yoldaşını qətlə yetirdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Şirkətdən yarım milyona yaxın pul oğurlayan: "Ehtiyacım var idi, məktub yazıb götürdüm"

25.01.2019 20:51 1 824
Şirkətdən yarım milyona yaxın pul oğurlayan:
Bakı Ağır Cinayətlər Məhkəməsində şirkətdən oğurluqda təqsirləndirilən Rauf Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Median.az
Trend-ə istinadən bildirir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

R.Nəbiyev özünü ittihamlarda qismən təqsirli bilib.

Prosesdə sərbəst ifadə verən təqsirləndirilən şəxs deyib ki, Sumqayıt Texnologiyalar Parkında təhlükəsizlik üzrə mütəxəssis işləyib: "Həmin gün seyfdə pulun çox olduğunu gördüm. Ehtiyacım vardı, ona görə oğurlamaq qərarına gəldim. Əvvəl seyfdən 20 min manat götürmək istəyirdim. Lakin pulun çox olduğunu görüb fikrimdən daşındım. Seyfi açdım və pulun hamısını götürdüm. Qalan pulu sonra qaytaracaqdım. Əgər 20 min manat götürüb qalanını orada saxlasaydım, digər şəxslər pulu götürəcəkdilər. Seyfdən pulu götürən kimi yazıb qoydum ki, 20 min manat götürmüşəm, çünkü borcum var idi, qalanını da qaytaracağam. Səhər idarəyə zəng edib pulun qalan hissəsinin məndə olduğunu və gəlib götürmələrini istədim. Götürdüyüm pullardan kredit borcumu ödədim. Səhər idarənin əməkdaşları gəldi. Sonra polis əməkdaşları da gələrək məni həbs etdilər".

Məhkəmədə elan olunub ki, Sumqayıt Texnologiyalar Parkı təqsirləndirilən şəxsə qarşı 22 750 manatlıq mülki iddia qaldırıb. Bildirilib ki, götürülən puldan 427 250 manat geri qaytarılıb.

Məhkəmənin növbəti iclası fevralın 1-nə təyin edilib.

İttihama görə, ötən il Sumqayıt şəhəri ərazisində yerləşən "Sumqayıt Texnologiyalar Parkı" MMC-nin mühasib otağındakı seyfin qapısının naməlum şəraitdə sındırılaraq oradan 450 min manat oğurlandığı barədə Sumqayıt şəhər Polis idarəsinə müraciət olunub.

Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən oğurluq hadisəsinin Sumqayıt şəhər sakini R.Nəbiyev tərəfindən törədilməsi müəyyən edilib və o, görülən zəruri tədbirlər nəticəsində saxlanılıb.

Araşdırma zamanı məlum ki, saxlanılan şəxs qeyd edilən MMC-də təhlükəsizlik üzrə növbə rəisi işləyib. Bu səbəbdən o, seyfin saxlanıldığı otağın harada yerləşməsi, həmçinin içində nə qədər pul olması barədə məlumatlı olub.

R.Nəbiyev istintaqa verdiyi ifadəsində oğurluq etdiyini etiraf edib.

Əməliyyat tədbirlərinin davamı olaraq R.Nəbiyevin seyfdən oğurladığı pulun əksər hissəsi onun yaşadığı evdən aşkar olunaraq madddi sübut kimi götürülüb və müvafiq protokol tərtib edilərək MMC-yə qaytarılıb.скачать dle 11.3
Mojo.az Banner