Mojo.az Banner
23:01 Ermənistan Rusiyadan rəsmi şikayət edib  |     22:55 Balaxanıda baş vermiş yanğın söndürüldü  |     22:47 “İnstagram”da yeni trend  |     22:42 Yeni tədris ilində bəzi dərsliklər dəyişəcək - SİYAHI  |     22:35 Səhər yorğun oyanırsınızsa, səbəbi bu ola bilər  |     22:30 Zəlimxan Yusupov həbs edildi  |     22:22 10 ilə yaxın ekologiya sistemi qurdu - Bakıda kafedə noutbuku oğurlandı  |     22:16 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi  |     22:10 Avtobuslarda sərnişinlərin telefonlarını oğurlayırdı - 5 il 3 ay həbs  |     22:02 8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?  |     21:57 Azərbaycan Gürcüstana 22 mindən çox dərslik göndərdi  |     21:50 Lionel Messi 17-ci dəfə "Qızıl top"a namizəd oldu  |     21:39 Leyla Əhmədova ev dustaqlığına buraxıldı  |     21:28 Çimərliyə getmək istəyənlərin nəzərinə  |     21:20 Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR - FOTO / VİDEO (Yenilənib)  |     21:13 Moskvada qəza törətmiş azərbaycanlı reper təzminat ödədi  |     21:05 Yağışdan sonra bu qoxunu niyə sevirik?  |     20:58 Üç plastik cərrah cəzalandırıldı - 22 klinika cərimələndi  |     20:52 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü  |     20:47 Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq  |    
Left Banner
Right Banner

Tutulduğu deyilən vitse-prezident federasiyadan qovulub - YENİLƏNİB

18.01.2019 18:33 2 660
Tutulduğu deyilən vitse-prezident federasiyadan qovulub - YENİLƏNİB
Aydın Əhmədov həbs olunmayıb. Bəli, o, sorğu-suala çağırılıb. Amma hal-hazırda azadlıqdadır. O, artıq “Premium Travel”dən də ayrılıb. Amma onunla bağlı deyilən pul mənimsəməsi faktı kökündən yalandır.

Bunu Azərbaycan Kikboksinq Federasiyasının sabiq vitse-prezidenti Aydın Əhmədovun mətbuat katibi Şəfiqə Fərzəlibəyli deyib.

O bildirib ki, Aydın Əhmədov yaxınlarda mətbuat konfransı keçirəcək.

* * * * *

Azərbaycan Kikboksinq Federasiyasının peşəkarlar üzrə vitse-prezidenti Aydın Əhmədov 10 milyon manat dəyərində dələduzluqda ittiham edilir.

O bir neçə gündür Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində nəzarətə götürülüb.

Əldə olunan məlumata əsasən, A.Əhmədov sözügedən məbləği bir neçə insandan alıb və qaytarmayıb. Buna görə də ona pul verən şəxslər haqqında şikayət ediblər. Bu səbəbdən araşdırmalar aparılıb və nəticədə A.Əhmədov gözaltına alınıb. Faktla bağlı araşdırmalar davam edir.

Məsələ ilə bağlı olaraq Kikboksinq Federasiyasının vitse-prezidenti Güloğlan Cabbarovla əlaqə saxladıq. O bildirib ki, Aydın Əhmədovu artıq federasiya ilə hər hansısa bağ bağlamır:

“Bildiyiniz kimi, o, apreldə bizim federasiyada vitse-prezident təyin olunmuşdu. Lakin biz bir neçə peşəkar döyüş keçirdik. Ancaq o, həmin döyüşlərə gəlmədi. Onun yerinə bütün işləri mən görməli oldum. Hələ onda hiss edirdim ki, onun problemləri var.

Mən də federasiyamızın prezidenti Adil Əliyevə bunları bildirdim. Hardasa iki ay olar ki, mən və digər vitse-prezidentimiz Nadir Əzizov istisna olmaqla, bütün İdarə Heyəti istefaya göndərilib. Fevralın əvvəllərində yeni İdarə Heyətinin seçkisi keçiriləcək.

Onun rəhbəri olduğu “Yuro Fayt” (Euro Fight) klubunun fəaliyyətinə də son qoyulub. Həmin klubda baş məşqçi olan Eduard Məmmədova demişdim ki, həmin uşaqları yığıb başqa adla klub yaratsın”.

Tanınmış kikboksçumuz Eduard Məmmədov isə saytımıza bu klubun əvəzinə üç il əvvəl yaratdığı, daha sonra bir müddət fəaliyyətinə ara verdiyi özünün “Ağ Canavar” adlı komandasında fəaliyyət göstərdiyini bildirib.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner