Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:34 Polis daha bir tiktokeri həbs etdi | 14:27 Vüqar Bayramov: "Bütün keçmiş məcburi köçkünlərə ev təklif ediləcək" | 14:07 İlham Əliyev panamalı həmkarına məktub göndərdi | 13:57 Azərbaycan Prezidenti Keniyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - Video | 13:56 "Qarabağ" 11 illik fasilədən sonra ardıcıl üç oyunda xal itirib | 13:49 Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi | 13:35 Gəncədə rüşvət almaqda ittiham olunan vergi müfəttişi həbs edildi - Təfərrüat (Yenilənib) | 13:34 Məşhur kriptobirjaya kiberhücum: Kim Çen Inın bacısından FTB-nin iddialarına reaksiya | 13:14 Gömrükdə mobil telefon əməliyyatı: Yüzlərlə cihaz ələ keçdi | 13:13 Sibel Canın sevgilisi həbsxanada İmamoğlunu gördü: Dava düşdü | 13:11 Sumqayıtda 18 yaşlı oğlan özündən böyük sevgilisini küçədə döydü | 13:10 “Stop” niyə “toxta” olmalıdır? Dilçi olmayanlar dilə müdaxilə etməsin – AÇIQLAMA | 13:08 Mingəçevirdə iki avtomobil toqquşdu: Xəsarət alan var | 13:07 Hesaba görə başlayan mübahisə qanla bitdi | 13:01 15 yaşlı qızı aldadıb təcavüz etdi, video çəkib hədələdi | 12:56 Rusiyadan Bakıya oğlunun toyuna milyon gətirən kişi saxlanıldı | 12:47 Azərbaycanda neçə ailə 5-dən çox uşaq böyüdür? – Rəsmi açıqlama | 12:45 Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI | 12:39 Müəllimlər üçün güzəştlər daimi olmalıdır – AÇIQLAMA | 12:17 Məşhur türkiyəli biznesmen vəfat etdi |
Mojo.az Avto
Mojo.az Avto

“Azərişığ”ın iki vəzifəli şəxsi işdən çıxarıldı

15.01.2019 16:11 4 728
“Azərişığ”ın iki vəzifəli şəxsi işdən çıxarıldı
“Azərişıq” ASC-nin Nərimanov rayonu üzrə iki səlahiyyətli nümayəndəsi tutduqları vəzifələrdən azad ediliblər.

Bu barədə oxu.az-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Onun sözlərinə görə, Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) rəisi Həsən Həsənov və həmin rayonun elektrik şəbəkəsinin rəisi Səməd Mustafayev vəzifələrindən kənarlaşdırılıblar:

“Onların vəzifədən azad edilməsinə səbəb vəzifə səlahiyyətlərini yerinə yetirdikləri zaman yol verdikləri nöqsanlar olub. “Azərişıq” ASC tərəfindən mütəmadi olaraq monitorinqlər aparılır. Təəssüf ki, bu kimi hallar aşkarlanan zaman qanunla lazımi tədbirlər görülür. İş olan yerdə nöqsan hər zaman olur, lakin dövlət əmlakının mənimsənilməsi bağışlanmazdır.

Hazırda “Kral” şadlıq evində “Elektrik Enerjisindən istifadə Qaydaları”nın kobud şəkildə pozulmasında həmin şəxslərin rolunun olub-olmadığı komissiya tərəfindən araşdırılır. Yekun nəticələr barədə mətbuata açıqlama veriləcək”.

Son xəbərlər