Mojo.az Banner
18:24 Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəisi Bakıya gəlib  |     18:22 Cəlilabadda fermada güllələnmə: Gözətçi ürəyindən yaralandı  |     17:18 Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı  |     17:01 Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı  |     17:00 Evdən pul dolu seyfi oğurlayan şəxslər qandallandılar  |     16:58 Azərbaycanda mal əti bahalaşdı  |     16:40 İki metro stansiyasına giriş sabahdan pulsuz olacaq  |     16:39 Dağlıq ərazidə gizlənən keçmiş məhkum tutuldu - Video  |     16:38 Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib - Video  |     16:35 Diqqətlər Bakıda: Kamikadze dronlar və robotlarımız nümayiş etdiriləcək  |     16:34 Ağır qəzada ölən şəxs hərbçi imiş - FOTO  |     16:31 Sumqayıtda "Chevrolet" piyadanı vurub öldürdü  |     16:29 Dənizdə batan tələbələrin fotoları (Yenilənib)  |     16:25 Bakıda kirayə evlərin sayı azalır: Qiymətlər daha da qalxacaq?  |     16:12 Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - Video  |     15:58 Bakının milyonçu qardaşlarının sərvətləri özlərinə qaldı: Gözlənilməz hökm  |     14:10 Neftimiz kəskin ucuzlaşıb  |     14:01 Sumqayıtda gecələr qaz niyə gur gəlir? – Mütəxəssisdən ciddi xəbərdarlıq  |     13:48 Bakıda bu məktəblərdə təhsil onlayn oldu - Siyahı  |     13:28 Sentyabrda dənizə girmək təhlükəlidir? - AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Dünya dövlətlərinin liderləri hansı mobil telefondan istifadə edir? - SİYAHI - FOTO

14.01.2019 23:57 2 461
Dünya dövlətlərinin liderləri hansı mobil telefondan istifadə edir? - SİYAHI - FOTO
Bu yaxınlarda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirdi ki, Vladimir Putin mobil telefondan istifadə etmir. Bunu isə təhlükəsizlik məsələsi ilə əlaqələndirirlər.

Median.az
ölkə.az-a istinadən müasir mobil telefonlardan istifadə edən dünya dövlətləri başçılarının siyahısını təqdim edir.

ABŞ prezidenti

Prezidenti kimi fəaliyyətə başlamadan əvvəl Donald Tramp "Samsung Galaxy S3" mobil telefonundan istifadə edib. Prezident seçildikdən sonra təhlükəsizlik məsələsinə görə telefonundan imtina etdi. Hazırda Trampın hansı model mobil telefondan istifadə etdiyi dəqiq bilinmir. Ehtimal edilir ki, onun üçün "Apple" şirkəti tərəfindən xüsusi smartfon istehsal edilib. Bu mobil teelfonun xüsusi özəllikləri var.

Fransa prezidenti

Emmanuel Makrona qədər digər prezidentlərin danışıqlarının dinləndiyi barədə məlumat mətbuata sızdıqdan sonra, bütün mobil telefon danışıqları Fransa xüsusi xidmət orqanlarının nəzarəti altına keçib. Vacib danışıqlar üçün Makron "Thales" şirkətinin istehsalı olan smartfondan istifadə edir. Onun "Teorem" adlı mobil telefonu xüsusi qorunan rejimdə şifrəli işləyir. Məişət və adi danışıqlar üçün isə Fransa prezidentinin "Samsung" və "Apple" markalarına aid, xüsusi mühafizə sistemi olan mobil telefonları var.

Şimali Koreya lideri

Kim Çen İnin texnologiyadan xoşu gəldiyi bilinir. Şimali Koreya liderinin masasında naməlum markaya məxsus mobil teelfon var. Bəzi məlumatlara əsasən, Tayvanın "HTC" şirkəti Kim Çen İn üçün xüsusi smartfon istehsal edib.

Almaniyanın baş naziri

"BlackBerry" şirkəti dinlənməyə qarşı ən yaxşı istehsalçı sayılır. Angela Merkel də "Blackberry Z10" mobil telefonun sahibidir. Bu smartfonun ən əsas özəlliyi "Secusmart" kriptoçipidir. Almaniyanın kanslerinin arsenalından bundan başqa "Blackberry Q10" və "Nokia 6260" mobil telefonları da var.

Britaniyanın baş naziri

Bu yaxınlara qədər Tereza Mey "Blackberry" mobil telefonundan istifadə edib. Şirkətin satışları aşağı düşdükdən sonra baş nazir "iPhone" modelinə keçid etdi. Təbii ki, Terezanın smartfonunun xüsusi mühafizə sistemi var.скачать dle 11.3
Mojo.az Banner