Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Vladimir Putin mobil telefondan istifadə etmədiyini bildirib

03.09.2021 21:28 996
Vladimir Putin mobil telefondan istifadə etmədiyini bildirib
Rusiya Federasiyasının prezidenti Vladimir Putin mobil telefon istifadə etmədiyini söyləyib.

“RİA Novosti” agentliyi xəbər verir ki, Vladimir Putin bu barədə Şərq İqtisadi Forumunda jurnalistlərin suallarına cavab verərkən deyib.

“Mənə elə gəlir ki, buna diqqət yetirmək çətin deyildi”, - deyə 68 yaşlı siyasətçi Angela Merkelin Moskvaya səfəri zamanı baş verən hadisəyə eyham vuraraq bildirib.

Daha sonra jurnalist V.Putindən ümumiyyətlə mobil telefondan istifadə edib-etmədiyini soruşub.

“Xeyr”, - deyə V. Putin cavabında bildirib.

Qeyd edək ki, bu ilin avqust ayında Almaniya Kansleri Angela Merkelin Moskvaya son səfəri zamanı Vladimir Putinlə görüş zamanı qadın siyasətçinin mobil telefonuna zəng gəlmişdi.

Almaniya kansleri telefonu cibindən çıxardaraq söndürmüşdü. V. Putin isə məsələyə diqqət etmədiyi görüntüsü yaratmış və nitqinə davam etmişdi.

Son xəbərlər