Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Parkinqlərə görə ödənişləri artırmaq doğru deyil - AÇIQLAMA

11.01.2019 11:55 1 947
Parkinqlərə görə ödənişləri artırmaq doğru deyil - AÇIQLAMA
Bakıda fəaliyyət göstərən parkinqlərin qiyməti barədə təkliflər hazırlanmalıdır.

Bunu oxu.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Hüseyn Abdullayev deyib.

Onun sözlərinə görə, indiki mərhələdə parkinqlərə görə aylıq ödənişləri qaldırmaq doğru deyil:

“Çünki problemlər tamamilə başqa yöndədir. Dünya təcrübəsinə görə, yeraltı və yerüstü parkinqlər küçələrdə olan parkinqlərdən daha ucuzdur. Bunun səbəbi var.

Bu, praktiki olaraq ona səbəb olur ki, insanlar küçədə deyil, kənar parkinqlərdən istifadə edirlər. Problem ondadır ki, küçə sahəsi məhdud resursdur və həmişə problem olur.

Eyni zamanda, küçələrdə parkinq ucuz olsa, bu, tələbin artımına gətirib çıxarır. Nəticədə, parkinqlər məşğul olur və boş yer tapmaq olmur”.

Ekspert parkinqin qiyməti barədə də danışıb:

“Tələb və təklifin tarazlığı olmalıdır. Küçədə kimin qısamüddətli bir işi varsa, parkinqdə maşını saxlayan zaman qiymət münasib olmalıdır.

Qiymət yüksək olduğu halda, daha çox qapalı parkinqlərə üz tuturlar. Parklanma siyasətində qiymət tərtib etmə ona yönəlir ki, insanlar avtomobil saxlamaqdan maksimum imtina etsinlər.

Məsələn, Londonda mərkəzi yerlərdə bir saat maşın saxlamaq üçün dörd funt-sterlinq ödənilir. Bu da bizim qiymətlə 10 manat sayılır. Bu, insanları ictimai nəqliyyatdan istifadəyə yönəltmək üçün bir siyasətdir”.

Hüseyn Abdullayev qeyd edib ki, Bakı Nəqliyyat Agentliyi parklanma siyasəti haqqında məhdud məlumat verir:

“Parklanmanın idarə olunması barədə geniş məlumat verilməlidir. BNA-nin indiki addımı qanunsuz dayanma-durmanı nisbətən nəzarətə götürməkdir”.

Son xəbərlər