Parkinqlərdən yığılan pullar hara gedir? – VİDEO
Median.Az-ın xəbərinə görə, ARB TV məsələ ilə bağlı paytaxtın müxtəlif istiqamətlərində araşdırma aparıb.
Bura 28 May metrosunun qarşısında fəaliyyət göstərən yerüstü parkinq yeridir. Ərazidə təqribən 20-dən çox işçi parkinq xidməti ilə məşğul olur. Bu şəxslərin göstərdikləri fəaliyyətə dair hər hansı sənədlərinin olmadığını da demək yerinə düşər.
“Bura ödənişsiz deyil, qəbz verirəm. Biz BNA-ya baxırıq”, - deyə parkinq nəzarətçisilərində biri bildirib.
Digəri isə hələ iki gün işlədiyini və bu səbəbdən danışa bilməyəcəyini qeyd edib.
Ekspertlər isə bildirirlər ki, parklanma yerləri BNA-nə həvalə olunsa da, hələlik qurum yalnız yeraltı parinqlərə nəzarət edir.
Yerüstü parkinqlər hələlik heç bir quruma həvalə olunmadığı üçün xidmətdən istifadə ödənişsizdir.
“Qanunsuz fəaliyyətdir. O aparatlar heç bir mərkəzi bazaya, heç bir sistemə qoşulu deyil. Sürücüləri qorxudurlar. Ödəniş etməsəniz cərimələnəcəksiniz deyib, onlardan 1, 2 manat pul alırlar”, - deyə ekspert Elməddin Muradlı vurğulayıb.
Görünən odur ki, məsələ ilə bağlı xüsusi normativlər olmadığından pulsuz fəaliyyət göstərməli olan parkinqlərdə dayanmaq üçün hələ bir müddət nəzarətsiz nəzarətçilərə pul ödəməli olacağıq.
