Mojo.az — elanlar
Son Xəbərlər
12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |     11:52 Ermənistan sərhədi keçən azərbaycanlı çobanı geri qaytaracaq  |     11:50 Çoxmərtəbəli binanın zirzəmisində gizlədilən qızılları divarı dağıdaraq taladı  |     11:40 "Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar  |     11:38 Sahibkarın bir milyon manatını mənimsədi, mərc oyunlarında uduzdu - Bakıda şok dələduzluq  |     11:37 Həkim yod çatışmazlığından qorunmağın ən asan yolunu açıqladı  |     11:26 Avropada saytlara giriş kütləvi şəkildə məhdudlaşdırılır  |     11:15 Sabahdan Azərbaycanda bəzi gömrük rüsumları 20 dəfə artırılacaq  |     23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Yasda selfi çəkdirən qadının qardaşı danışdı - VİDEO

03.01.2019 17:14 3 797
Yasda selfi çəkdirən qadının qardaşı danışdı - VİDEO
Azərbaycanda yas yerində selfi çəkən xanımın videosu sosial şəbəkələrdə trendə çevrilib.

 Vətəndaşlardan biri anasının yas yerindən selfi edib və deyib:

“Qoy, duysun hamı. Anamın öldüyünü hamı bilsin. Onu gəlib aparmaları üçün hazırlıq görürürəm”.

Median.Az-ın məlumatına görə, Azxeber.com hadisə ilə bağlı mərhumun oğlu Əliağa Cəfərov ilə əlaqə yaradıb.

O hadisənin təfərrüatını danışıb.

- Necə oldu ki, bacınız yas mərasimində selfi çəkmək qərarına gəldi?

- Mən çox əsəbiyəm, neçə gündür ki, ailəmiz özünə gələ bilmir. Hadisənin təfərrüatını sizə danışmaq istəyirəm. Həmin xanım dekabr ayının 2-də dünyasını dəyişib. Mərhumun qızı da o videonu çəkərək Türkiyədə yaşayan yaxın qohumumuza göndərib. Bunu ona görə edib ki, həmin şəxs o anda ölkəyə gələ bilməyib. Sadəcə, o, burada olmadığı üçün özünü günahkar hesab deyə bu video ona göndərilib ki, sakitləşsin. Burada qeyri-adi nə var axı? Hamımızın qohumu biz yanında olmayanda ölə bilər. Bu, heç də günah deyil.

- Bəs necə oldu ki, video bu qədər geniş yayıldı?

- Videonu hansısa vicdansız, hansısa qeyrətsiz yayıb. Biz bunu axtarırıq, artıq məsələ ilə bağlı bütün qurumlara məlumat verilib, onlar araşdırma aparır. Biz hələ də bilmirik ki, videonu kim yayıb, kim paylaşıb. Bu ilk olaraq “WhatsApp”da yayılıb, sonra isə “Facebook” və “Instagram”da paylaşılıb. Kimin etdiyini isə bilmirəm, ancaq mən bu işin sonuna qədər gedəcəm və o adamı tapıb, cəzalandıracam.

- Ola bilərmi ki, bu videonu göndərdiyiniz adamın özü yayıb?

- O adam bizim yaxın qohumumuzdur, mənim nənəmdir. O necə yaya bilər? Mən özümdən çox ona inanıram, o yaymayıb. 

- Sosial şəbəkələrdə bu selfiyə görə ailənizi tənqid etdilər. Bu haqda nə deyə bilərsiniz?

- Hansısa şərəfsiz bu videonu yayıb, başqa şərəfsizlər də yazıb ki, guya mənim bacım bunu reytinq xatirinə edib. Görəsən, bunu edənlərin Allahı yoxdur, onların yaxınları ölməyib? Adam da anasının ölümündən reytinq qazanar? Mən hər birindən şikayət etmişəm və bizi söyənlər cəzalarını alacaqlar. Bu, reytinq xatirinə edilməyib, sadəcə, xaricdə yaşayan qohumumuza göndərilib ki, sakitləşsin.

- Selfi çəkən xanım video bu qədər geniş yayılandan sonra özünü necə hiss edir?

- O, anamın ölümündən sonra psixoloji sarsıntı keçirmişdi, bu da ona növbəti zərbə vurdu. Hələ də özünə gələ bilmir. Bilmirik ki, anamıza ağlayaq, yoxsa hansısa vicdansızın bu hərəkətinə.


Son xəbərlər