Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Paşinyan Putinlə görüşdən məyus qayıtdı

28.12.2018 12:25 4 085
Paşinyan Putinlə görüşdən məyus qayıtdı
Ermənistan baş nazirinin vəzifəsini icra edən Nikol Paşinyan Rusiya səfərini başa vurub. Paşinyan Yerevanda jurnalistlərin suallarını cavablandırarkən məyusluğunu gizlətməyib. Belə ki, Moskvada nə Qarabağ, nə KTMT, nə də Rusiyadan alınacaq qazın qiyməti ilə bağlı danışıqlar aparılmayıb.

Median.Az
xəbər verir ki, bununla bağlı News.am portalı məlumat yayıb.

Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüş zamanı müzakirə edilən məsələləri açıqlayıb.

“Biz, əsasən, ikitərəfli münasibətlərin gələcəkdə inkişaf perspektivlərini müzakirə etdik”, - o bildirib.

Paşinyan qeyd edib ki, görüş zamanı Qarabağ problemi ilə bağlı müzakirələr aparılmayıb.

“Bundan başqa, bizim KTMT baş katibinin namizədliyi ilə bağlı qısa müzakirəmiz oldu. Hər birimiz öz mövqeyimizi səsləndirdik”, - deyə Paşinyan əlavə edib.

Ermənistan baş naziri Putinlə Rusiyadan alınacaq qazın qiymətlərinin gələn ildən artırılıb-artırılmayacağı məsələsinin də müzakirə edilmədiyini deyib.

“Bununla bağlı heç bir qərar qəbul edilməyib. Bu məsələ ətrafında müzakirələr işgüzar qaydada davam edir. Ümid edirəm ki, bu məsələ bizim istədiyimiz qaydada inkişaf edəcək”, - Paşinyan bildirib.

Son xəbərlər