Mojo.az Banner
14:02 Bakıda 62 yaşlı kişi zəhərlənmədən öldü  |     13:15 Qızılın qiyməti 4200 dolları ötdü  |     12:59 "Arzum" niyə 5 il 2 ay müddətinə azadlıqdan məhrum edildi? - RƏSMİ AÇIQLAMA  |     12:27 Avtomobillərin intensiv hərəkət etdiyi yolda piyada keçidi yoxdur - Video  |     12:24 Leyla Əliyevanın doğum günüdür  |     12:17 Keçmiş şirkət rəhbəri Vüqar Əliyev həbs edildi - FOTO  |     11:49 İyunun qəribə havasının sirri açıldı: Təbiət, yoxsa insan?  |     11:44 İyun-iyul aylarında satılan qarpızlar sağlamlıq üçün risk yaradır?  |     11:24 İndoneziyada yenə güclü zəlzələ oldu  |     11:18 Dövlət xidmətinin 42 rəhbər şəxsi CƏZALANDIRILIB - RƏSMİ  |     11:14 Azərbaycanda sığorta məbləğinin ödənilməsində YENİLİK  |     23:01 İran neftini sata bilmir: Dənizdə milyonlarla barel yığılır  |     22:50 Açıq dənizdə 58-68 milyon barrel İran nefti alıcı gözləyir  |     22:45 Səhmləri nə vaxt almaq və satmaq daha sərfəlidir?  |     22:37 Bu qidalar qocalmanı sürətləndirir  |     22:31 "AZAL" 5 ayda 6,1 milyon dollarlıq ixrac edib  |     22:25 CV göndərən şəxs sonra zənglərə cavab vermirsə, məsuliyyətsiz namizəddir?  |     22:20 75 yaşlı qadını çəkic və linglə qətlə yetirib quyuya atdılar - Şərurdakı dəhşətli cinayətin ŞOK DETALLARI  |     22:10 Yüzlərlə meymun naməlum səbəbdən zooparkdan qaçıb  |     22:09 Bakıda oğurluğa görə işdən qovulan sürücü mağazanı yandırdı  |    
Left Banner
Right Banner

Azərbaycan polisi gücləndirilmiş rejimə keçir

27.12.2018 13:40 2 089
Azərbaycan polisi gücləndirilmiş rejimə keçir
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 2018-ci il dekabrın 29-dan 2019-cu il yanvarın 3-dək respublika daxili işlər orqanlarının şəxsi heyəti gücləndirilmiş iş rejimində işləyəcək.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən \verilən məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar nazirliyin bütün orqan və hissələrinin şəxsi heyəti ictimai asayişin və təhlükəsizliyin daha da nümunəvi və etibarlı qorunmasının təmin edilməsi üçün bayram ərəfəsində və bayram günləri öz xidməti fəaliyyətlərini gücləndirilmiş iş rejimində həyata keçirəcək.

Kütləvi tədbirlərin, o cümlədən bayram şənliklərinin təşkil olunduğu, insanların gur toplaşdığı yerlərdə polis naryadlarının sayı artırılacaq. Respublika ərazisində, o cümlədən, avtomobil yollarında ictimai qaydanın, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə bütün qüvvə və imkanlar səfərbər ediləcək.

Bayram ərəfəsi və bayram günlərində həyat təminatlı mühüm əhəmiyyətli obyektlərin, o cümlədən, xarici ölkələrin diplomatik nümayəndəliklərinin mühafizəsi də ciddi nəzarətdə saxlanacaq.
скачать dle 11.3
Mojo.az Banner