Mojo.az Banner
23:03 KİV: Üçüncü dünya müharibəsi 2026-cı ildə başlaya bilər  |     22:54 Gümrünün sabiq merinin həbs müddəti uzadıldı  |     22:48 Hədiyyə bəhanəsi ilə oğurluq: Goranboyda 81 yaşlı kişini aldadıblar  |     22:40 Türkiyədə tanınmış televiziya aparıcısı həbs edildi  |     22:29 Ağdamda traktorçu minaya düşdü  |     22:16 TƏCİLİ: Sumqayıtda həlak olan gənc partiya sədrinin nəvəsi imiş  |     22:09 Bu şəxslər təltif edildi - SİYAHI  |     22:01 Vüqar Əhməd Elmlər Akademiyasına üzv seçildi  |     21:53 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq  |     21:51 Bakıda iki avtomobil toqquşdu, biri yanacaqdoldurma məntəqəsinə çırpıldı - Tıxac yarandı  |     21:32 Türkiyəli müğənni Güllünün ölümündən sonra mirası bəlli oldu  |     21:23 Sabah bu ərazilərdə qaz kəsiləcək  |     21:15 Camış ətini dana əti adı ilə təqdim edən restoran bu iş adamınındır  |     21:09 Zelenski Ukraynaya təzminat kreditini müzakirə etmək üçün Aİ sammitində iştirak edəcək  |     21:07 Ağstafada üç uşağını döydüyü iddia edilən ata saxlanılıb - YENİLƏNİB  |     21:00 Şuşada 30 milyon manata yaşayış binaları tikiləcək  |     20:53 "Avroviziya-2026"da tamaşaçılar üçün qaydalar dəyişdiriləcək  |     20:28 Gəncədə məktəbli qayçı ilə ehtiyatsız davrandı, dördüncü sinif şagirdi gözündən xəsarət aldı  |     20:22 Gürcüstan vətəndaşlarının xaricdə səs vermələri qadağan edildi  |     20:12 Putin cizgi filminin qəhrəmanı oldu  |    
Left Banner
Right Banner

DTX xarici xüsusi xidmət orqanlarına işləyən iki nəfəri həbs edib

27.12.2018 11:36 4 117
DTX xarici xüsusi xidmət orqanlarına işləyən iki nəfəri həbs edib
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən xarici xüsusi xidmət orqanlarının Azərbaycanda kəşfiyyat fəaliyyətinin təsbit edilməsi və qarşısının alınması istiqamətində intensiv araşdırmalar davam edir.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində xarici xüsusi xidmət orqanları nümayəndələrinin illər ərzində Azərbaycanda çoxmərhələli kəşfiyyat işi, bununla əlaqədar qonşu ölkələrin ərazisində məxfi görüşlərin təşkili və Azərbaycan xüsusi xidmət orqanları əməkdaşlarını fərdi əməkdaşlığa cəlb etməyə istiqamətlənən kanalların qurulmasından ibarət dərin kəşfiyyat işi müfəssəl aşkarlanıb, aidiyyəti şəxslər casusluq formasında dövlətə xəyanət və digər cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilib, xarici xüsusi xidmət orqanları əməkdaşlarının kəşfiyyat işi üçün uydurulmuş və həqiqi şəxsiyyətləri, kəşfiyyat metodikaları aşkarlanıb, əməliyyat-kəşfiyyat işləri ilk mənbəyədək ifşa edilib zərərsizləşdirilib.

Müəyyən edilib ki, xarici xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində, xüsusi təxəllüs verilməklə məxfi əməkdaşlığa cəlb edilmiş Azərbaycan Respublikasının vətəndaşı 1959-cu il təvəllüdlü İsmayılov Zakir Əlibala oğlu keçmiş Milli Təhlükəsizlik Nazirliyində şöbə rəisi və digər məsul vəzifələrdə işlədiyi dövrdə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və milli maraqları zərərinə fəaliyyət göstərərək, tutduğu vəzifələrə görə ona məlum olan, habelə əldə edə bildiyi əks-kəşfiyyat fəaliyyəti üzrə sənədlər, şəxsi heyət barədə və digər məxfi məlumatları, eləcə də 2015-ci ildən etibarən təqaüddə olduğu dövrdə keçmiş əlaqə və imkanlarından istifadə edərək təhlükəsizlik orqanlarında baş verən dəyişikliklər barədə məlumatları, Azərbaycan xüsusi xidmət orqanlarına qarşı kəşfiyyat işlərinin mümkün üsulları barədə təhlillərini müntəzəm xarici xüsusi xidmət orqanına təqdim etməklə, dövlətə xəyanət edib.

İstintaq zamanı Zakir İsmayılovun xarici xüsusi xidmət orqanları ilə gizli və şifrəli yazışmaları, xarici xüsusi xidmət orqanlarına göndərilmiş sənədlər, gizli toplanılmış məlumatların olduğu elektron daşıyıcılar, səsyazmalar və iş üzrə əhəmiyyət kəsb edən digər çoxsaylı materiallar aşkar edilib. Zakir İsmayılov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilərək həbs edilib.

Eləcə də müəyyən edilib ki, 1977-ci il təvəllüdlü Yusifzadə Bəhruz Yaşar oğlu təhlükəsizlik orqanlarında xidmətdən ehtiyata buraxıldıqdan sonra xarici ölkələrə səfərlərində əvvəllər məxfi əməkdaşlığa cəlb etdiyi xarici ölkə vətəndaşının vasitəsi ilə onunla əlaqə quran xarici xüsusi xidmət orqanları əməkdaşları ilə görüşlər təşkil edib, onlar tərəfindən maddi maraq müqabilində əməkdaşlığa cəlb edilib, yenidən Azərbaycan xüsusi xidmət orqanlarından hər hansı birinə işə düzəlməyə cəhd etmək barədə tapşırıq alıb. Bəhruz Yusifzadə göstərilən istiqamətdə fəaliyyət göstərərkən ifşa olunub.

Bəhruz Yusifzadənin casusluq fəaliyyətinə, xarici xüsusi xidmət orqanlarından maddi vəsait qəbul etməsinə dair çoxsaylı video və sair materiallar əldə edilib. B. Yusifzadə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilərək həbs edilib.

Aparılan cinayət işi üzrə cinayət əməllərinin törədilməsinə şərait yaradan hallar müəyyən edilib, digər şəxslər müxtəlif cinayət əməllərinə görə məsuliyyətə cəlb edilib, ifşa olunmuş dərin casusluq işi üzrə xarici xüsusi xidmət orqanlarının əldə etdiyi məlumatların mahiyyəti nəzərə alınaraq mümkün nəticələri aradan qaldırılıb.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam edir.
скачать dle 11.3