Mojo.az — elanlar
Son Xəbərlər
12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |     11:52 Ermənistan sərhədi keçən azərbaycanlı çobanı geri qaytaracaq  |     11:50 Çoxmərtəbəli binanın zirzəmisində gizlədilən qızılları divarı dağıdaraq taladı  |     11:40 "Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar  |     11:38 Sahibkarın bir milyon manatını mənimsədi, mərc oyunlarında uduzdu - Bakıda şok dələduzluq  |     11:37 Həkim yod çatışmazlığından qorunmağın ən asan yolunu açıqladı  |     11:26 Avropada saytlara giriş kütləvi şəkildə məhdudlaşdırılır  |     11:15 Sabahdan Azərbaycanda bəzi gömrük rüsumları 20 dəfə artırılacaq  |     23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda buzlaqlar sürətlə əriyir - HƏYƏCAN

17.12.2018 12:19 3 646
Azərbaycanda buzlaqlar sürətlə əriyir - HƏYƏCAN
Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində qar örtüyünün sahəsinin ilbəil azalır.

Bunu Oxu.Az-a açıqlamasında Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, Azərbaycanda su ehtiyatlarının 70 faizi transsərhəd çaylardan gələn sulardır:

“Su qıtlığı böyük və aktual problemlərdən biridir. Bildiyiniz kimi, Azərbaycanda su ehtiyatlarının 70 faizi transsərhəd çaylardan gələn sulardır. Milli Hidrometeorologiya Departamenti tərəfindən hər il Böyük və Kiçik Qafqaz dağlarında qar ölçmə işləri aparılır.

Müşahidələr göstərir ki, qar xətti ilbəil yuxarıya doğru hərəkət edir və buzlaqların əhatə etdiyi sahə azalır. Bu, o deməkdir ki, respublikamızda formalaşan dağ çaylarında sululuq təhlükə altındadır. Bu baxımdan, su ehtiyatlarının qorunması, itkilərin aradan qaldırılması çox əhəmiyyətli və böyük bir problemdir”.

Umayra Tağıyeva qeyd edib ki, məsələ barədə müəyyən işlər görülməlidir:

“Təəssüf ki, bəzi hallarda içməli su texniki su kimi istifadə olunur, israfçılıq edilir. Buna görə də su ehtiyatlarına qənaətlə yanaşmaq lazımdır”.

Son xəbərlər