Mojo.az Banner
23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |     21:37 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)  |     21:34 Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar  |     21:19 Tünd çörək həmişə çovdar çörəyi deyil: Seçim zamanı səhvə yol verməyin  |     21:18 ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu  |     21:08 "Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi  |     21:07 Bakıda məktəbli sinif yoldaşını qətlə yetirdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda məktəbdə konfet yeyən uşaq xəstəxanalıq olub - İDDİA

14.12.2018 16:55 6 322
Bakıda məktəbdə konfet yeyən uşaq xəstəxanalıq olub - İDDİA
Ötən gün müğənni Elnarə Xəlilova sosial şəbəkədə “Booom!” konfetlərinin fotosunu paylaşaraq onun zəhərlənməyə səbəb olduğunu qeyd edib.

O bildirib ki, bu konfetin satışı artıq məktəbdə dayandırılıb:

“Siz də almayın. Məlum olub ki, onun içində olan turş maddə kimyəvi tərkiblidir və birbaşa beyinə təsir edir. Allah bütün balaları qorusun. Bu hadisə iki gün əvvəl oğlumun sinif yoldaşının başına gəlmişdi. Uşaq bir gün reanimasiyada huşsuz vəziyyətdə qaldı. Onu şoka salmışdı. Uşaqlarınıza tapşırın, bu konfetdən almasınlar”.

Məsələ ilə bağlı oxu.az Qida Təhlükəsizliyi Agentliyinə sorğu ünvanlayıb.

Sorğuya cavabda bildirilir ki, AQTA konfetlə bağlı yayılan xəbəri araşdırmağa başlayıb:

“Sosial şəbəkələrdə azyaşlının konfetdən zəhərlənməsi ilə bağlı yayılan xəbər artıq Qida Təhlükəsizliyi Agentliyində qeydə alınıb və araşdırılması üçün aidiyyəti üzrə yönləndirilib.

Agentlik vətəndaşların diqqətinə çatdırır ki, bu kimi faktlarla qarşılaşan zaman dərhal 1003 Qaynar xəttinə zəng edib ətraflı və dəqiq məlumatlar versinlər. Bu zaman Agentlik tərəfindən plandankənar (növbədənkənar) araşdırmalar həyata keçirilir və aidiyyəti üzrə tədbirlər görülür.

Təəssüf ki, yayılan bu tipli xəbərlərdə konkret məlumatlar əksini tapmır. Yəni məhsulun istehsalçısı, istehsal tarixi, istehsal olunduğu müəssisənin ünvanı göstərilmir. Buna baxmayaraq, Agentlik mütəxəssisləri tərəfindən qeyd olunan xəbər üzrə araşdırmalar aparılır”.

“Araşdırmalar nəticəsində xəbərin nə dərəcədə əsaslı və ya əsassız olduğu da müəyyən olunacaq. Ümumiyyətlə, qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlam qida ilə təmin olunması istiqamətində mütəmadi nəzarət tədbirləri həyata keçirir”, - deyə məlumatda qeyd edilib.скачать dle 11.3
Mojo.az Banner