Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Xəstələrin ödədiyi puldan həkimə faiz çatırmış - TƏSDİQLƏNDİ

14.12.2018 11:26 3 486
Xəstələrin ödədiyi puldan həkimə faiz çatırmış - TƏSDİQLƏNDİ
Xəstəxanalara müayinə üçün göndərilən xəstələr tərəfindən ödənilən məbləğlərdən müəyyən faiz şəklində həkimlərə vəsaitlərin ödənildiyi halları da öz təsdiqini tapıb.

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktoru Xəqani İsgəndərovun sözlərinə görə, bəzi klinikalarda tanınmış həkimlərin gəlirlərinin əməliyyatdan daxil olmuş məbləğlərin 50-70 faizini əhatə etdiyi aşkar edilib.

“Aparılan yoxlamalar özəl tibb müəssisələrində qeyri-rəsmi əməkhaqlarının geniş tətbiq edilməsini bir daha təsdiq edib”.

X.İsgəndərov deyib ki, Vergilər Nazirliyi özəl tibb müəssisələrində vergi qanunvericiliyinə əməl olunması ilə bağlı araşdırmaları davam etdirir və nəticələr barədə ictimaiyyətə əlavə məlumat veriləcək:

“Qeyd etmək istərdim ki, əgər kimsə düşünürsə ki, əməkdaşlıq münasibətləri nəticə etibarilə vergi nəzarətinin zəifləməsinə gətirəcək, bu, tamamilə yanlış fikirdir. Vergilər Nazirliyi yoxlamaların sayını kəmiyyətcə azalda bilər, lakin bu, nəzarət sisteminin zəifləməsi demək deyil. Vergi yoxlamaları məsafədən, vergi risklərinin idarə edilməsi sistemi kimi innovativ alətlərin tətbiqi ilə həyata keçirilir.

Mövcud informasiya texnologiyaları müəssisələrin fəaliyyətində vergidən yayınma halları və ya belə halların yaranması üçün hər hansı riskin mövcudluğunu aşkar etməyə imkan verir. Yoxlamalar və sanksiyaların tətbiqi bizim məqsədimiz deyil. Lakin fəaliyyət növündən, iqtisadiyyatı əhatə miqyasından asılı olmayaraq, qanunu pozan, dövriyyəsini gizlədən, vergidən yayınan hər bir vergi ödəyicisinin yoxlanılması, qanunla nəzərdə tutulmuş qaydada sanksiyalarla üzləşməsi qaçılmazdır.

Sahibkarlıq subyektlərinin nəzərinə çatdırmaq istərdik ki, təsərrüfat subyektlərinin fəaliyyətində qanunvericiliyin düzgün tətbiqi, işə cəlb edilmiş fiziki şəxslərlə əmək müqavilələrinin bağlanması, əməkhaqlarının real məbləğlərinin göstərilməsi, vergi və xüsusi razılıq tələb edən sahələrdə qanunvericiliyin tələblərinə əməl edilməsi zəruridir”.//oxu.az

Son xəbərlər