Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:04 Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası  |     15:00 Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu  |     14:48 Məmurlara biznes və əlavə gəlirlərlə bağlı yeni qadağalar qoyulur  |     14:42 Qışda bu məhsul bahalaşacaq — İqtisadi paradoks  |     14:21 Məktəb psixoloqlarının fəaliyyəti dəyişməlidir - AÇIQLAMA  |     14:12 Hər gün saç düzləşdirilməsi böyrəklərə zərər verə bilər – AÇIQLAMA  |     13:56 Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq - Siyahı  |     13:10 Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır  |     12:56 İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər  |     12:44 Hotellərin doluluğu azalıb - Yerlərin 77 faizi boş qalıb  |     12:40 Ramiz Mehdiyevin köməkçisinə hansı cəza verildi?  |     12:37 Bu tarixdə Bakıda yağış, rayonlarda qar gözlənir  |     12:32 Bütün köhnə avtobuslar yenilənəcək  |     12:21 Samuxda 32 yaşlı kişi bıçaqlandı  |     12:18 Bu gecə keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI  |     12:10 Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək  |     12:02 Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb  |     12:00 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır  |     11:53 Azərbaycanda satılan çerri pomidorlar təhlükəlidirmi? - Ekspert açıqladı  |     11:44 İlham Əliyev çexiyalı həmkarına məktub göndərdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Məktəbə qoyulmayan qız sabahdan dərsə gedəcək - RƏSMİ

13.12.2018 17:49 4 211
Məktəbə qoyulmayan qız sabahdan dərsə gedəcək - RƏSMİ
Daxili İşlər Nazirliyi Bakıda, Qala qəsəbəsində VII sinifdə oxuyan qızın məktəbə getməməsi ilə bağlı məsələyə rəsmi münasibət bildirib.

DİN-nin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə oxu.az-a açıqlamasında bildirib ki, artıq məsələ barədə polis əməkdaşları tərəfindən araşdırılma aparılıb:

“Ailənin yaşadığı ünvan və onların şəxsiyyətləri müəyyənləşdirilib. Xaşaxuna qəsəbəsində yaşayan VII sinif şagirdi İ.M-nın valideynləri və təhsil aldığı 216 nömrəli tam orta məktəbin rəhbərliyi Xəzər Rayon Polis İdarəsinə dəvət olunublar.

Orada valideynlərlə müvafiq söhbət aparılıb. Qızın atası Nuhu Manafov uşağın dərsə getməməsini Suraxanı rayonunda yaşayan xəstə nənəsinə qulluq etməsi və yolun uzaq olması ilə izah edib.

Valideynlərə uşağın təhsildən yayındırılmasının yolverilməz olduğu deyilib və mütləq şəkildə təhsilinin davam etdirilməsi tələb olunub”.

Orxan Mansurzadə qeyd edib ki, sabahdan VII sinif şagirdinin təhsilə davamiyyəti bərpa olunacaq.

Son xəbərlər