Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:29 Rəcəb Tayyib Ərdoğan Ceyhun Bayramovu qəbul etdi | 18:23 Məryəm Uzerli ilk dəfə Bakıya gəlir | 18:18 30 həşəratın gömrük dəyəri 22,7 min manatdır: Azərbaycana milyonlarla canlı niyə gətirilir? | 18:07 Parlament Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək | 18:01 Milli Məclis ombudsmanın seçilməsi haqqında qərar qəbul edəcək - Tarix açıqlandı | 17:56 Naxçıvanda 9 yaşlı uşağı maşın vurdu | 17:45 Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də qovuldu | 17:36 "Green Card"a qeydiyyatı gözləyənlərə pis xəbər | 17:26 Onkoloji xəstə gənc Qurbanov üçün "Qarabağ" mahnısı oxudu - Video | 17:09 Bakıda 55 min manatlıq dələduzluqda təqsirləndirilən şəxs saxlanıldı | 16:41 İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı | 16:33 Dövlət qulluğunda islahatlar: Gömrük xidmətində rotasiya qaydaları tətbiq ediləcək | 16:23 Qaxda silsilə oğurluqlar edən şəxs qandallandı | 16:22 Noyabrda hava necə olacaq? | 15:56 Şagirdlərin aqressiv davranışının səbəbləri SADALANDI | 15:31 Selin ziyan vurduğu istiqamətdə qatarların hərəkəti bərpa olunur - Tarix açıqlandı | 15:28 Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açılıb - Foto | 15:24 Maaş kartı ilə bağlı MÜHÜM dəyişiklik: son qoyulur | 15:19 Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıb | 15:12 Hər gün avtobusdan istifadə edənlərə ŞAD XƏBƏR |
Mojo.az Avto
Mojo.az Avto

Nazirliyin adından yayılan mesajlara - RƏSMİ MÜNASİBƏT

04.12.2018 12:03 4 540
Nazirliyin adından yayılan mesajlara - RƏSMİ MÜNASİBƏT
1990-cı ildən 2018-ci ilə qədər işləyən işçilər Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən 3405 manat məbləğində mənfəət əldə etmək hüququna malikdirlər. Adınızın bu müavinət almaq hüququ olan şəxslərin siyahısında olub-olmadığını yoxlayın.

Dünən günorta saatlarından etibarən sosial şəbəkələrdə yayılan bu mesaj hər kəsi narahat edib. İnsanlar onlara gələn ismarıcın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən göndərildiyini düşünür. Göndərilən mesajlar insanlar arasında geniş müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov oxu.az-a açıqlama verib.

O bildirib ki, nazirliyin adından istifadə edərək dələduzluq edilir:

“Biz bu məsələ ilə bağlı ciddi şəkildə araşdırmalara başlamışıq. Bununla bağlı nazirlik bu işdə əli olan şəxslərə xəbərdarlıq edəcək. Əgər xəbərdarlıqdan sonra da nəticə əldə edilməzsə, qanun çərçivəsində hüquq-mühafizə orqanlarına müraciət olunacaq və həmin şəxslər törətdikləri əməllərə görə qanun qarşısında cavab verəcəklər”.


Son xəbərlər