Mojo.az Banner
23:01 Gəncədə Nizami məqbərəsində körpüdən yıxılan qadının vəziyyəti açıqlanıb  |     22:56 Ağ Ev: ABŞ İranla sülhə üstünlük verir  |     22:48 Pişiklər niyə həmişə ayaqları üstə düşür?  |     22:43 Putin Rusiyadan qızıl külçələrin ixracını qadağan etdi  |     22:37 Tikinti şirkəti vətəndaşın evini təhvil vermir? - Video  |     22:32 Azərbaycan Almaniya iqtisadiyyatına nə qədə investisiya qoyub?  |     22:26 Şəhid qardaşların atası vəfat etdi  |     22:21 Antarktida altında gizli dünya sahil şəhərlərini su altında qoya bilər  |     22:13 Küçəni zəbt edən nömrəsiz maşınların sahibləri cərimələndilər - Video  |     22:06 İran daha bir boğazı bağlamaqla hədələyir  |     22:01 KİV: Tramp hər gün İrana zərbələrə dair videolara baxır  |     21:23 Zərdabdakı qəzada ölənlərin sayı 3-ə çatdı  |     21:23 Dayının bacısı oğluna qarşı iyrənc cinayəti...  |     21:18 Qalmaqallı prokuror işdən çıxarıldı  |     21:11 Rafael Nadal doktorluq dərəcəsi alıb  |     21:00 İranın tanınmış kəşfiyyatçısı öldürüldü  |     20:54 Xaçmazda meşədə gənc oğlan meyiti TAPILDI  |     20:46 Mirzoyan: "Ermənistanın məqsədi Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlıq sistemi formalaşdırmaqdır"  |     20:41 Nərgiz İsmayılova Çempionlar Liqasına təyinat aldı  |     20:30 Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”  |    
Left Banner
Right Banner

Gələn ildən sürücülər yeni qayda ilə cərimə olunacaq

01.12.2018 14:37 1 972
Gələn ildən sürücülər yeni qayda ilə cərimə olunacaq
Gələn ildən dayanma-durma qaydalarına riayət etməyən sürücülər kamera vasitəsilə aşkar edilib cərimə olunacaq.

Median.Az
xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

O bildirib ki, həllini gözləyən əsas məsələlərdən biri Bakı küçələrindəki tıxaclarla bağlıdır: "Söz yox ki, tıxaclar dünyanın bütün paytaxt şəhərlərində var. Lakin süni yollarla tıxaclar və ya nəqliyyatın hərəkətində sıxlıqların yaradılmasının qarşısını almaq istiqamətində iş gedir. Bəzi yerlərdə qeyri-qanuni parklamalar, hansısa tikinti şirkətinin icazəsiz olaraq inşaat işləri aparması, yaxud da bina tikintisi zamanı yola çıxışın düzgün hesablanmaması süni tıxaclara səbəb olur".

Tıxac problemindən danışarkən V.Kərimli qeyri-qanuni parklamaları xüsusi qeyd edib: "Qeyri-qanuni parklamaların qarşısının alınması ilə bağlı tədbirlərin icrası Bakı Nəqliyyat Agentliyinə tapşırılıb. Artıq bir neçə gündür həmin inzibati xətalara görə cərimələrin tətbiqinə başlanılıb. Əməkdaşlarımız ilkin olaraq bunu planşetlər vasitəsilə yerinə yetirirlər, icazə verilmədiyi yerlərdə dayanma-durma qaydalarının tələblərinə riayət etməyən sürücülərə qarşı cərimə tətbiq olunur. Amma yeni ildən bunu kameralar vasitəsilə edəcəyik, çünki kamera olduqda şəffaflıq təmin edilir, statistika daha doğru aparılır. Avtobusların hərəkətinin nizamlanması, taksilərə dair kvotaların tətbiqi üzrə tədbirlər proqramının, eləcə də taksilərə və taksi sürücülərinə dair tələblərin hazırlanması, küçələrdə piyada səkilərinin yenidən bərpası istiqamətində iş davam edəcək".скачать dle 11.3
Mojo.az Banner