Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Vüsal Kərimli: “Bakıda parklanma siyasətinə yenidən baxılacaq” - BÖYÜK YENİLİKLƏR – VİDEO

19.07.2018 13:20 3 588
Vüsal Kərimli: “Bakıda parklanma siyasətinə yenidən baxılacaq” - BÖYÜK YENİLİKLƏR – VİDEO
“Bakı Nəqliyyat Agentliyinin səlahiyyətləri genişləndirilib. Səlahiyyətlərin genişləndirilməsinin əsas səbəbləri Bakı şəhərinin nəqliyyatının bir qurum tərəfindən kordinasiya olunmasıdır”.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib. Qurum rəhbəri İTV-nin "Diqqət mərkəzində" verilişində çıxış edərkən maraqlı məqamlara toxunub.

“Bu istiqamətdə həm sərnişindaşımaya, həm də paytaxt nəqliyyatına təsir edəcək siyasəti təkmilləşdirmək niyyətindəyik. Həm dayanacaqlar, həm işıqforlar, həm parklama yerləri ilə bağlı yeniliklər tətbiq olunacaq. Ümumilikdə Bakıda parklanma siyasətinə yenidən baxılacaq. Bu vətəndaşa xidmətə təsir edəcək”, - deyə Vüsal Kərimli bildirib.

Qurum rəsmisi bildirib ki, digər məsələlərdən biri də vətəndaşlara vaxtında və düzgün məlumatın ötürülməsidir:

“Digər məsələlərdən biri də insanlar arasında nəqliyyat baxımından neqativ fikirlərin yayılmasıdır. Buna səbəb də, insanlara vaxtında məlumatların verilməməsidir. Bizim də əsas məqsədlərimizdən biri istər yaxşı, istərsə pis hadisə baş verəndə, vətəndaşlara məlumatların dərhal çatdırılmasını təmin etməkdir”.

Vüsal Kərimli deyir ki, digər tərəfdən dayanacaqlarla əlaqədar Bakı şəhər İcra Hakimiyyətilə təhvil-təslim prosesi gedir:

“Dayanacaqların çoxu düz yerlərdə quraşdırılmayıb. Elə yerlər var ki, döngələrdədir. Dar küçələrdə dayanacaqlar qoyulub. Bu da avtomobillərin rahat hərəkətinə mane olur. Dayanacaqlarda kameralar quraşdırılır. Bunun əsas səbəblərində biri taksi və digər maşınların qanunsuz olaraq dayanacaqda parklanmasının qarşısını almaqdır. Digər əsas məsələlərdən biri də hansı marşrutdan nə qədər insanın istifadə etməsini müəyyən etməkdir. Təhlükəsizlik baxımından da bu məqam əsas şərtlərdən biridir”.

Son xəbərlər