Mojo.az Banner
19:24 Kanaldan su götürmək istədi - Boğulub öldü  |     19:15 Bakı Qızlar Universitetinin tələbələri köçürüldü  |     19:10 Erməni əsirliyindən azad edilən Dilqəm Əsgərova cinayət işi açıldı  |     19:04 İstanbul polisi silah qaçaqmalçılığının qarşısını aldı: 120 ədəd tapança ələ keçirildi  |     18:57 O da “Qarabağ”dan ayrıldı (FOTO)  |     18:36 Trampın çıxışlarının məzmununa pul qoyuluşu edən şəxs cərimələndi  |     18:20 15 azərbaycanlının olduğu gəmiyə hücum diplomatik gərginlik yaratdı  |     18:05 Şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu  |     17:44 Bakı və Abşeronun bu qəsəbələrində həyət evləri kəskin ucuzlaşır  |     17:38 Xətaidə narkotiklərin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu  |     17:15 Kanada Anatoli Çubaysın adını sanksiyalar siyahısından çıxardı  |     17:11 Rusiya ordusu Ukraynada yaşayış məntəqələrini nəzarətə götürdü  |     16:57 Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ - 12 il sonra HƏBS OLUNDU  |     16:47 Növbəti üç gündə yağıntılı hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     16:44 Bakı ilə Naxçıvan arasında bir sıra təyyarə reysləri TƏXİRƏ SALINDI - SƏBƏB  |     16:42 Rafael Lean "Qalatasaray"da nə qədər qazanacaq? - Müqavilənin detalları  |     16:22 Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb - VİDEO  |     15:57 Füzulidə atdan yıxılan uşaq xəstəxanada öldü  |     15:50 Lənkəranda toy karvanında avtoxuliqanlıq edən sürücü həbs olundu  |     15:33 Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra öldü  |    
Left Banner
Right Banner

Şeyxin qardaşı Abel Məhərrəmov barədə danışdı: “... dalınca çox sözlər deyiləcək”

15.11.2018 23:09 3 690
Şeyxin qardaşı Abel Məhərrəmov barədə danışdı: “... dalınca çox sözlər deyiləcək”
"Abel Məhərrəmovun işdən çıxarılmasının İspaniya səfərinə aidiyyatı yoxdur. Bu, cənab prezidentin səlahiyyətində olan məsələdir”.

Median.Az
xəbər verir ki, bunu "qafqazinfo”ya açıqlamasında Şeyxülislam Hacı Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadə Abel Məhərrəmovun İspaniyada "Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda keçirilən beynəlxalq konfransda baş verən hadisələrə görə işdən çıxarılmasına münasibət bildirərkən deyib.

C.Paşazadə vurğulayıb ki, prezident kimi nə vaxt istəsə, işdən çıxarda bilər: "Bunun kiminsə kimləsə münasibəti ilə əlaqələndirmək heç də düzgün deyil. Çıxarılan adamın dalınca çox sözlər deyiləcək”.

A.Məhərrəmovun restoranda məhz onunla dava etməsi məsələsinə gəlincə isə, C. Paşazadə vurğulayıb ki, bu, yalan söhbətdir: "Məhərrəmov nə üçün mənlə dava etməlidir? Mən uşağam, ya o uşaqdır ki, bir- birimizlə dava edək? Bizim bölüşəcəyimiz bir şeyimiz yoxdur”.

Deputat Siyavuş Novruzov isə açıqlamasında məsələdən xəbərdar olmadığını vurğulayıb.

Qeyd edək ki, sözügedən konfransda Milli Məclisin dörd deputatı iştirak edib. Onlar Çingiz Qənizadə, Cavanşir Paşazadə, Hikmət Babaoğlu və Siyavuş Novruzovdur.скачать dle 11.3
Mojo.az Banner