Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

"Gələn dəfə tam bağlayaram" - Bakıda tələbə qız uşaq arabasının yolunu kəsdi (FOTOLAR)

31.10.2018 18:22 3 382
Bakı şəhərinin Səbail rayonunun Əziz Əliyev küçəsində (Kukla Teatrı ilə üzbəüz) avtomobil qanunsuz olaraq parklama edib. 

Median.Az-in 1news.az-a istinadən məlumatına görə, "Facebook" sosial şəbəkəsində, "Parking Idiots in Baku" səhifəsində Fiat 500L markalı (99-MS-077 dövlət nömrə nişanlı) avtomobilin piyadalar üçün nəzərdə tutulan səkini zəbt etdiyini əks etdirən foto paylaşılıb. Belə ki, avtomobil uşaq arabası ilə yolu keçmək istəyən qadının yolunu kəsib. Səhifə administratoru paylaşımına "Yaxşı ki, səkini tam bağlamayıb" sözlərini əlavə edib. 

Paylaşımdan bir müddət sonra isə özünü həmin avtomobilin sahibi kimi təqdim edən və etdiyi əməldən zərrə qədər də təəssüflənməyən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Mədinə Abdullayeva adlı istifadəçi şərhdə "Gələn dəfə mütləq tam bağlayaram" sözlərini yazıb. Buna sübut kimi o, şərhdə Fiat-ın səkini tam bağladığını əks etdirən foto yerləşdirib. 

Qeyd edək ki, bir çoxları qayda pozuntusu edən sürücüyə dəstək olublar. Belə ki, Aytən Babayeva adlı istifadəçi "Belə balaca avtomobilə olar. Nə var səs-küy qaldırmısınız? Gedin ciplərə ilişin". Cəmil Məmmədov isə "Səhv parklamaya görə 20 manat cərimə edəcəklər. Buyurun edin". 

Bakı Dövlət Yol Polisi İdarəsindən 1news.az-a avtomobil sürücüsünü qanun çərçivəsində 20 AZN civarında cərimə edəcəklərini bildiriblər.


















Son xəbərlər