Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda YPX uşağın sürdüyü maşını qovdu: avtomobil qəza etdi - VİDEO

20.06.2018 17:01 2 353
Bakıda YPX uşağın sürdüyü maşını qovdu: avtomobil qəza etdi - VİDEO
Bakı şəhərinin Nizami rayonunda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, “Xəzər” universitetinin qarşısında “Mercedes S Class” markalı, 90 KL 506 dövlət qeydiyyat nişanlı avtomobil sürücünün idarəetməsindən çıxaraq hasara çırpılıb.

İlkin araşdırma zamanı məlum olub ki, qəza Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus 99 YP 509 dövlət qeydiyyat nişanlı “BMW”nin “Mercedes”i təqib etməsindən sonra baş verib. Belə ki, DYP əməkdaşı 14 yaşlı Samir Səfərovun (ad şərtidir) avtomobil idarə etdiyini görərək onu təqib edib.

Həyəcanlanan uşaq uzaqlaşmaq istəyərkən qəza törədib. Avtomobilin sahibi, qəzada yaralanan yeniyetmənin atası Vüqar Səfərov bildirib ki, yol polisinin onun oğlunun sürdüyü maşını təqib etməyə hər hansı əsası olmayıb: “Maşının üzərində həbs və ya ödənilməmiş cərimə yoxdur. Əgər uşaq qəzada xəsarət almayıb ölsəydi, necə olacaqdı? Bu barədə nazirliyə də müraciət etmişəm, xahiş edirəm bu kimi hallara son qoyulsun”.

Qeyd edək ki, uşaq atasından icazəsiz avtomobili idarə edirmiş.скачать dle 11.3

Son xəbərlər