Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

Deputat: Qoşqar Hacıyevin müalicəsi Mehriban Əliyevanın nəzarətindədir

26.10.2018 12:41 1 969
Deputat: Qoşqar Hacıyevin müalicəsi Mehriban Əliyevanın nəzarətindədir
Ölkəmizin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrimizə və qazilərimizə göstərdiyi böyük diqqəti ölkəmizdə insanlarımızın, demək olar ki, hamısı bilirlər. Bir sıra çıxışlarında hər zaman insanlarımızı şəhid ailələrinə və qazilərə diqqət və qayğı göstərməyə çağırıb.

Bir çoxları bilməsə də, qeyd etməliyəm ki, ağır yaralanmış qazimiz, Qoşqar qardaşımız birbaşa Mehriban xanımın diqqət və qayğısı nəticəsində Türkiyənin “Gülhanə” hərbi hospitalına göndərilib və onun müalicəsi birbaşa Mehriban xanımın nəzarəti altında olub.

Bunu millət vəkili Qənirə Paşayeva dilə gətirib.

O qeyd edib ki, Heydər Əliyev Fondunun dəstəyilə Q.Hacıyev “Gülhanə” hərbi hospitalında əməliyyat olunub və 1 il 1 ay müddətində orada qalaraq lazımi müalicələri alıb:

“Bu müddət ərzində o hər zaman diqqət altında olub və bütün dəstəyi Mehriban xanım göstərib.

Bakıya qayıtdıqdan sonra Hərbi Hospitalda müalicəsi davam etdirilib. Qoşqar qardaşımız ağır yaralıdır və bir müddət əvvəl vəziyyətində yenidən ağırlaşma baş verib, ailəsi bundan çox narahat olub. Vəziyyətin ağırlaşması fonunda bəzi şəxslərin və ya güclərin ailənin narahatlığını “dövlət qazisinə sahib çıxmır” və sair kimi doğru olmayan, sadəcə, düşməni sevindirən məlumatlarla paylaşmasını üzüntü ilə və ciddi narahatlıqla izlədik və ona görə də bunları deməyi özümə borc bildim.

İlk öncə ona görə ki, bu dövlətimizin maraqlarına zərbə olan və düşmən sevindirən addımlardır. İkincisi, hər zaman qazimizin yanında olan o insanlara haqsızlıq edildiyini gördüyüm və onların da çıxıb, əslində, qazimizə hər zaman dəstək olduqlarını söyləməyəcəklərini bildiyim üçün bunları yazıram. Çünki Mehriban xanım və rəhbərlik etdiyi kollektiv şəhid ailələrimiz və qazilərimizə dəstəyi hər zaman özlərinə bir borc sayırlar və bu istiqamətdə gördükləri işlərlə bağlı mətbuata məlumatlar vermirlər.

Qoşqar qardaşımızın vəziyyəti barədə məlumat aldığım zaman Hərbi Hospitala getdik. Hospitalın rəhbəri Tofiq müəllim, ailə üzvlərinin, qazimizin dostlarının iştirakı ilə müzakirələr oldu. Ailəsi qazimizin yenidən qardaş Türkiyəyə göndərilməsini xahiş etdilər. Bu məsələni birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın köməkçisi, Heydər Əliyev Fondunun direktoru Anar müəllimə zəng edib çatdıranda onun dediyi söz “hər zaman qazimizin yanındayıq” oldu.

Sonra zəng edərək bildirdi ki, ailəsi narahat olmasın, qazimizlə bağlı Mehriban xanım bütün lazımi dəstəyin göstərilməsini söyləyib və bu dəstək göstəriləcək.“Gülhanə“” ilə danışıqlara başlanıldı. Cəmi bir neçə saat sonra isə qazimizin qardaşı İlqar bəy zəng edərək, Qoşqar qardaşımızı “Gülhanə”də müalicə edən həkimlərin Bakıda “EGE” Hospitalda çalışdıqları barədə məlumat aldıqlarını və Qoşqar bəyin Türkiyəyə getməsini də məhz bu həkimlər üçün rica etdiklərini bildirərək, “artıq həmin həkimlər Bakıda çalışırsa, Türkiyəyə ehtiyac yoxdur, “EGE” Hospitalda həmin həkimlərin nəzarətində müalicə ala bilər”, - dedi.

Qoşqar artıq həmin xəstəxanaya köçürülüb. Bu barədə davamlı olaraq Qoşqar bəyin vəziyyəti ilə maraqlanan Anar bəyə məlumat verildi və o, Mehriban xanımın qazimizin müalicəsi ilə bağlı ciddi tapşırıqlar verdiyini, diqqətdə saxladığını və bütün dəstəklərin müalicə dövründə göstəriləcəyini bildirdi.

“EGE” Hospitalda həm Qoşqar qardaşımızı ziyarət etdik, həm ailəsi ilə birlikdə Türkiyədən gəlmiş həkimlərlə, xəstəxana rəhbərliyi ilə görüşdük. Onlar “Mehriban xanımın hər zaman qazilərimizə dəstəyi bizim üçün də örnəkdir” dedilər və onun adından rəhbərlik etdiyi qurumun onlarla əlaqə saxladıqlarını, gəlib görüşərək həm qazimizin vəziyyəti ilə maraqlandıqlarını, həm də lazım olan bütün dəstəyin Mehriban xanımın tapşırığı ilə göstəriləcəyini söylədiklərini bildirdilər”.//oxu.az

Son xəbərlər