Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Mehriban Əliyevanın tapşırığı ilə qazimiz Türkiyəyə müalicəyə göndərildi – FOTO/VİDEO

10.02.2021 20:59 1 173
Mehriban Əliyevanın tapşırığı ilə qazimiz Türkiyəyə müalicəyə göndərildi – FOTO/VİDEO
Vətən Müharibəsi qazisi Əzim Qafarov Birinci vitse-prezident və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə müalicə olunması üçün Gülhanə xəstəxanasına göndərilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Qarabağ Müharibəsində iştirak edənlərə dövlət qayğısı siyasətinə dəstək missiyasını davam etdirir.

Belə ki, Mehriban Əliyevanın tapşırığı ilə Vətən Müharibəsinin iştirakçısı olmuş 1986-cı il təvəllüdlü Qafarov Əzim Rafik oğlu müvafiq müayinə, müalicə və reabilitasiya üçün Heydər Əliyev Fondu tərəfindən Türkiyənin Gülhanə xəstəxanasına göndərilib. Onu Azərbaycandan ixtisaslaşmış həkim də müşayiət edib.

Ə.Qafarov yola düşmədən öncə açıqlamasında bildirib ki, Cəbrayılda döyüş zamanı 3 güllə xəsarəti alıb: “Bir güllə onurğa sinirimi zədələyib, ayaqlarım hərəkətsizdir. İndi müalicə üçün Türkiyəyə aparırlar, inşallah həkimlər məni sağaldacaqlar. Allah Prezidentimizin, Mehriban xanımın canını sağ eləsin, onlara uzun ömür versin. Onların tapşırığı ilə məni Türkiyəyə aparırlar. Ümidliyəm, inanıram ki, orada ayaqlarım açılacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin”.

Ə.Qafarovun həyat yoldaşı Ülviyyə Qafarova bildirib ki, qazinin onurğa beyin və daxili orqanları zədələnib: “Sinədən aşağı orqanları və ayaqları işləmir. Hazırda yataq yaraları da var, durumu nisbətən ağırdır. Türkiyənin Gülhanə xəstəxanasında müalicə olunmasına köməklik göstərdiyi üçün Prezidentimizə və Mehriban xanım Əliyevaya təşəkkür edirəm”.

Qeyd edək ki, Əzim Qafarov sentyabrın 27-də Kəlbəcər istiqamətində 3 gün vuruşub, daha sonra Murovdağ, Füzuli, Kəlbəcər və Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. 2020-ci il oktyabrın 4-də Cəbrayıl rayonunda yaralanıb. Aldığı güllə yaraları nəticəsində mədə, dalaq, ağciyər, qaraciyər, döş qəfəsi və onurğası zədələnib, aşağı ətrafı iflic olub.






скачать dle 11.3
Mojo.az Banner