Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

Gəmiqayırma Zavodundan sosial şəbəkədə yayılan FOTOya - MÜNASİBƏT

24.10.2018 15:48 8 496
Gəmiqayırma Zavodundan sosial şəbəkədə yayılan FOTOya - MÜNASİBƏT
“Bakı Gəmiqayırma Zavodu” MMC (BGZ) son günlər müəssisənin giriş hissəsi ilə bağlı sosial şəbəkələrdə yayılmış fotoya münasibət bildirib.

Zavodun açıqlamasında bildirilir ki, oktyabrın 22-də saat 11:00 radələrində BGZ-nin əsas giriş qapısında yerləşən və zavodun adı qeyd edilən lövhənin üzərində təmizlik işləri görülərkən bəzi hərflərin rənginin solduğu, yerindən qopa biləcəyi müəyyən edilib və bu barədə zavodun aidiyyəti şöbəsinə məlumat verilib.

“Əməkdaşlarımız tərəfindən qeyd edilən lövhəyə baxış zamanı bu, öz təsdiqini tapıb və hərflər bərpa edilməsi məqsədilə çıxarılaraq, boya sahəsinə aparılıb. Elə həmin gün, saat 16:40 radələrində qeyd edilən təmir işləri başa çatdırılıb, hərflər yerinə bərkidilib.

BGZ-də hazırda təmir edilən gəmilərdən birinin əməkdaşları, ikinci köməkçi Məmmədov Hikmət və bosman Babayev Elşad yuxarıda qeyd edilən vaxt əsnasında, daha dəqiq desək, saat 16:13 radələrində bu lövhəni görüb və onun fotosunu çəkərək paylaşıblar. Məlumat üçün bildiririk ki, BGZ-nin daxili qaydalarına uyğun olaraq zavod ərazisində foto və video çəkilişləri xüsusi icazə olmadan aparıla bilməz və qəti şəkildə qadağandır.

Bu, birmənalı olaraq hər kəsə bildirilməklə yanaşı, ərazidə xüsusi qadağa nişanları ilə də göstərilib. Yuxarıda adları qeyd edilən şəxslər BGZ-nin daxili qaydalarını pozduqları üçün onların zavod ərazisinə girişi qadağan olunub və bu barədə onların çalışdıqları şirkətə yazılı şəkildə məlumat verilib”.//oxu.az

Son xəbərlər