Mojo.az Banner
19:05 Ermənistan MN-dən Zəngəzurdakı hadisə ilə bağlı açıqlama  |     18:52 Kütləvi qida zəhərlənmələri niyə baş verir? - AQTA-dan açıqlama  |     18:30 Bakının məşhur memarlıq obyektləri Çin bayrağının rənglərinə bürünəcək  |     18:22 Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ  |     18:13 Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ  |     18:11 Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - Rəsmi açıqlama  |     17:59 Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb  |     17:22 KMBİ-dən əməliyyat: 5 milyonluq onlayn kazino şəbəkəsinin üzvləri saxlanıldılar - Video  |     17:12 Azərbaycanda güclü zəlzələ oldu - Foto  |     13:54 Azərbaycanın axtarışa verdiyi şəxs tapıldı: Bakıya gətirildi  |     13:53 İstanbula uçan təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi  |     13:27 Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var - Araşdırma başladı (Yenilənib)  |     13:12 Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb  |     12:56 "Baykar"ın yeni PUA-sının ilk ixracı Azərbaycana edildi  |     12:52 İşçilərin nəzərinə: Ezamiyyə qaydaları dəyişdi  |     12:15 Azərbaycan nefti bahalaşdı - Son qiymət  |     12:11 Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik  |     12:10 Azad olunmuş ərazilərdə ilk dəfə genişmiqyaslı birgə hərbi təlim keçirilir  |     12:07 Gecə saatlarında iki ölkədə güclü zəlzələ  |     11:46 Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda zavodda zəhərlənən işçilərin vəziyyəti AÇIQLANDI - RƏSMİ

04.06.2024 11:31 1 191
Bakıda zavodda zəhərlənən işçilərin vəziyyəti AÇIQLANDI - RƏSMİ
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində tüstüdən zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya edilən iki nəfər evə buraxılıb".

Bu barədə oxu.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilir ki, tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya edilən iki zərərçəkən şəxs ötən gün ambulator müalicəyə buraxılıb.

Xatırladaq ki, ötən gün saat 17:00-da "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində təmir işləri aparılarkən zavodun beş əməkdaşı qazdan zəhərlənib. Beş nəfərin həkiməqədər ölümü qeydə alınıb. Zərərçəkən iki nəfər isə tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.скачать dle 11.3
Mojo.az Banner