Mojo.az Banner
11:58 Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçimi başladı  |     11:56 Tərcüməçi Ziya Muradov dağ yürüşündə öldü - Ailəsi faktın araşdırılmasını istəyir (Yenilənib)  |     11:54 Güclü külək iki qadını xəstəxanalıq etdi  |     11:53 Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu  |     11:52 Qubada usta faciəli şəkildə öldü  |     11:47 Azərbaycan nefti bahalaşıb  |     11:46 Məktəbli forması seçərkən nələrə diqqət etməli? - Mütəxəssis məsləhəti  |     11:40 48 yaşlı vəzifəli şəxs qardaşının evində qəfil öldü - FOTO  |     11:20 Bakıda yaşayış kompleksində ikinci qapının açılması üçün binanın əsas divarı dağıdıldı - Video  |     11:14 Sərhədi cəmi 20 saniyəyə keçmək mümkün olacaq - FOTO  |     11:09 Bakıda kamera quraşdıran 36 yaşlı kişi faciəli şəkildə öldü  |     22:57 Yeni təmayül tədris modeli tətbiq edilən məktəblərin qəbul nəticələri açıqlanıb  |     22:50 Böyük Britaniyada hava limanları kiberhücuma məruz qalıb  |     22:42 Bərdədə avtomobil evə çırpılıb: Maşını uşağın idarə etdiyi iddia olunur - VİDEO  |     22:36 "Sabah"ın rəqibləri bilindi: İspaniya, İngiltərə, İtaliya və Almaniya nəhəngləri (YENİLƏNİB)  |     22:30 Elnarə Təhməzova tələbə oldu  |     22:23 600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı  |     22:15 Tovuzda 116 min manatlıq "hərrac dələduzluğu"  |     22:07 Sabah çimərliyə gedənlərə xəbərdarlıq  |     21:59 Azərbaycanlı avtoritet Soçidə saxlanıldı, polis məntəqəsində öldü (FOTO)  |    
Left Banner
Right Banner

Efirlərin ulduzu olan həkim xəstəni pis günə qoydu - FOTO

17.10.2018 18:29 5 385
Efirlərin ulduzu olan həkim xəstəni pis günə qoydu - FOTO
Xoşqədəm Baxşəliyevanın aparıcısı olduğu verilişə ekspert kimi çıxan həkimdən daha bir vətəndaş şikayətçidir.

Median.Az xəbər verir ki, "unikal.org"a müraciət edən vətəndaş Əliyev Pərvin Elbrus oğlu "MedEra" Hospitalın Neyrocərrahı Əliosman Qədimbəylinin onun 18 yaşlı bacısı qızı Aysel Mərdanovanı səhv müalicə etdiyini iddia edir:

"Bacımgil Zərdabda qalır, çox kasıb ailələri var. İmkanları olmadığına görə xəstə olan bacım qızını "MedEra" Hospitala gətirdim. Əliosman Qədimbəylinin qəbuluna yazıldıq. Yalandan bütün analizləri verdirdi. MRT və digər müayinələrdən keçirəndən sonra mənə dərman yazdı. Analizlərə hardasa 1200 manata qədər pul xərclədim. 250 manat da əlavə pul ödəyib dərmanlar aldım. Yenidən xəstəyə lazer yazdı. 

Xəstəmizdə heç bir irəliləyiş olmadığı üçün Əliosman həkimin qəbuluna gəldik. Təkrar həmin müayinələrdən keçirdi və yenidən 250 manatlıq resept yazdı. Bacım qızının vəziyyəti pisləşəndən sonra növbəti dəfə "MedEra"ya gəldik. Kamran həkim baxıb, "Bunu Əliosman həkim deyil, Ehtiram Alişanov müalicə etməlidir" dedi. 

Alişanovun yanına getdim. O, da baş həkimlə dalaşdı ki, bunu Əliosman müalicə etməməlidir. Bu xəstəni niyə onun yanına göndərmisiniz? Alişanov bizə ucuz dərman yazdı. Eyni xəstəxanada müxtəlif həkimlər bir-birini təkzib etdi. Alişanov Əliosmanla dalaşıb, "Bu xəstəyə niyə bu müalicəni yazmısan? Bu epilepsiya xəstəsidir, buna şüa veriblər" -" deyə qışqırdı. 

Sonra getdiyimiz bütün həkimlər də, "Epilepsiya xəstəsinə şüa olmaz" dedilər. 

Xəstəyə yazdığı dərmanların heç birini bacımın qızına vermək olmazmış. Xəstəxananın baş həkiminin yanına gedib, müraciət etdim, amma Lalə xanım və Əliosman həkim mənə "get hara şikayət edirsən et" dedi. Ümumimilikdə 3000 manat analizlərə və müalicəyə pulum çıxıb. İndi mən "MedEra" Hospitala ödədiyim pullarımı tələb edirəm. Çünki Əliosman Qədimbəylinin müalicəsinin xəstəmizə heç bir müsbət təsiri olmayıb. Əksinə bacım qızının vəziyyəti daha da pisləşib". 

Qeyd edək ki, Əliosman Qədimbəyli mütəmadi olaraq yerli telekanallarda reklam olunur.








скачать dle 11.3
Mojo.az Banner