Mojo.az Banner
13:37 Bakıda 420 min manatlıq mənzili saxta sənədlərlə ələ keçirib 170 min manata satdı – MƏHKƏMƏ  |     13:31 Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq  |     23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |     22:43 Hazırda istifadə edilən ödəniş kartlarına da məhdudiyyət qoyulacaq? - Açıqlama  |     22:38 Zidan QADAĞAN ETDİ  |     22:29 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək  |     22:23 Bakı metrosunda HƏYƏCANLI ANLAR: Sərnişin relslərə düşdü  |     22:18 Ağaclar qanunsuz kəsildi, təbiətə 225 min manatdan çox ziyan vuruldu  |     22:10 Çay evində mahnı sifarişi üstündə DAVA: Müştəri bıçaqlandı  |     22:05 Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək  |     21:51 Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq  |     21:44 Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər  |     21:39 Üç yaşlı uşaq 21 maqnit uddu  |     21:34 Körpələrə ana südü nə qədər verilməlidir?  |     21:26 Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - VİDEO  |     21:21 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər  |     21:13 Bu ağcaqanadlar daha təhlükəlidir  |     21:07 Zibil qabındakı xoşagəlməz qoxulardan necə qurtulmaq olar?  |    
Mojo.az Avto
Mojo.az Avto

Məşhur klinikanın stomatoloquna ağır ittiham - FOTO

06.06.2018 14:40 3 986
Məşhur klinikanın stomatoloquna ağır ittiham - FOTO
"Medholding" Diş Klinikasının sahibi və həkimi Cavid Qurbanov səhv gördüyü iş üçün xəstəyə deyir " Bu sənin qismətindir".

Bu barədə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Facebook” səhifəsində paylaşıb. Onun sözlərinə görə, bu barədə şikayətçi ünel Süleyman qızı Axundova müraciət edib.

“6 min manat pul aldılar, 20 vinir diş qoydular. Sonra da dedilər ki, “posadka” səhv olub, 8 dişi dəyişdilər. 3 ildir “Med holdinq”ə gedib-gəldim, həkim Cavid Qurbanov hər dəfə bir bəhanə elədi. Bu gün də dişlərim çox pis vəziyyətdədir” – redaksiyamıza müraciət edən Bakı sakini Günel Süleyman qızı Axundova belə deyir. Onun sözlərinə görə 2015-ci ilin iyun ayında “Med holdinq” klinikasında həkim Cavid Qurbanov dişlərini müalicə edib, 20 vinir diş qoyub, 10 il zəmanət verib: “Dişləri qoyandan sonra dişlərimdə hissiyyat yaranmışdı. 2015-ci ilin iyun ayından sonra ayda azı 2-3 dəfə Cavid Qurbanovun yanına gedib-gəlirdim.




Dişlərimdə problemlərin həll edilməsini istəyirdim. 2017-ci ilin dekabrında Cavid Qurbanov 8 üst dişimi dəyişdi. Başqa 2-3 dişimi də 4-5 dəfə çıxarıb yenidən qoyub. Problemin həll olunacağını dedi. Amma olmadı. 2018-ci ilin aprelinə kimi də onun yanına gedib dişlərimin normal müalicəsini aparmasını istədim.

Özünə də dedim ki, 8 dişi dəyişəndən sonra vəziyyət daha da qəlizləşib, ağzımı açıb danışa bilmirəm. Səbəb kimi kalsiy çatışmamazlığını göstərdi, dərman yazdı. Yenə də xeyri olmadı. Digər bir neçə klinikaya getdim, müayinə olundum. Dedilər ki, dişlərim düzgün olmayan bantlamaya görə ağrıyır, hissiyyatı var. Hazırda diş köklərimdə kista yaranıb, ciblər əmələ gəlib.



Cavid Qurbanovun klinikasında isə rentgen etdilər və dişlərimdə kista olmasını gizlətdilər. Digər həkimlər deyirlər ki, dişlər yenidən və düzgün şəkildə müalicə olunmalı, sonradan yeni vinirlərlə bantlanmalıdır”.

Şikayətçi bildirir ki, hüquq-mühafizə orqanlarına da müraciət ünvanlayıb. Sağlamlığına ziyan vuran həkimin cəzalandırılmasını və ona dəyən ziyanın ödəniməsini tələb edib.

Məsələ ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.
//Baku.ws
скачать dle 11.3
Mojo.az Banner