Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

“Modern Hospital”da analizin nəticələri səhv çıxıb? - İDDİA

29.08.2018 18:48 3 196
“Modern Hospital”da analizin nəticələri səhv çıxıb? - İDDİA
Bakı şəhər sakini Nicat Fərəcov "Modern Hospital"da həyat yoldaşı Rahilə Məmmədlidən götürülən analizin nəticəsinin yanlış olduğunu iddia edir.

Median.Az
xəbər verir ki, o, bu barədə Qafqazinfo-ya müraciət edib. N. Fərəcov qeyd edib ki, yoldaşı həmin klinikanın həkimi Elmira Əhmədovanın pasiyentidir:

"Bu ilin aprel ayında həyat yoldaşım hamilə qalıb. Klinikada analiz verdik. Dedilər ki, qanda laxtalanma var. Bunun üçün bizə kleksan 04 iynəsini həkim 15 gün vurdurmağı yazdı. Yenidən iyun ayında analiz verdik. Qan laxtalanmasının düşmək əvəzinə daha da artdığını dedilər. Buna görə də hamiləliyin sonuna qədər həkim eyni iynəni vurdurmağı yenidən yazdı. Biz də bundan şübhələndik. Buna görə də "Sağlam Ailə" klinikasında və "Genlab"da yenidən analiz verdik. Məlum oldu ki, ümumiyyətlə, qan laxtalanması halı yoxdur. Analizin nəticəsini götürüb həkimin yanına gəldik. Həkim də adıçəkilən klinikalarda analizin nəticələrinin normal olduğunu vurğuladı. Köhnə analizlərdə "Modern Hospital" ın laboratoriyasının səhvə yol verdiyini dedi. Laboratoriya isə öz səhvini başa düşmədi. Bundan əlavə, nəticədə progestoron hormonunun aşağı olduğunu bildirdilər. 20 həftə utrogestan dərmanını içirtdilər. Həkimin bununla bağlı göndərdiyi səslər də bizdə var.

Mən də haqlı olaraq qəzəblənmişəm. Niyə yoldaşımın və uşağın vəziyyəti yaxşı ola-ola onların sağlamlığına qarşı belə cinayətə yol verilib? Məsələ pulda deyil, sadəcə klinikanın həkimlərinin məsuliyyətsizliyindədir. Onlar yoldaşıma hamilə olduğu halda yersiz-yerə nə qədər dərman yazıb içirdiblər. Əvvəlcə verdiyim analizlərin pulunu tələb etdim. Sonra isə onu almaqdan imtina etdim ki, başqa xəstələr də gələcəkdə o klinikaya müraciət edəndə diqqətli olsunlar. Baş həkimlə danışanda onlar məsələnin mediaya çıxarılmasını istəmədilər".

"Qafqazinfo" məsələ ilə bağlı "Modern Hospital"ın baş həkim müavini Təranə Hüseynova ilə əlaqə saxlayıb. O qeyd edib ki, klinikanın laboratiyasında edilən analizin nəticəsinin doğruluğuna tam cavabdehdir: "Biz həmin vətəndaşla da söhbət etdik. Onun bizdə şantaj xarakterli ərizəsi də var. Yoldaşı neçə vaxt idi ki, hamilə qala bilmirdi. Nə şikayəti varsa Səhiyyə Nazirliyinə, hüquq-mühafizə orqanlarına müraciət etsin".скачать dle 11.3

Son xəbərlər