Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda 6 yaşlı uşağa 2 fərqli diaqnoz qoyuldu: ailə çaş-baş vəziyyətdə (VİDEO)

17.02.2018 14:09 2 455
Azərbaycanda 6 yaşlı uşağa 2 fərqli diaqnoz qoyuldu: ailə çaş-baş vəziyyətdə (VİDEO)
Həkim səhlənkarlığı və qoyulan yanlış diaqnozlar haqqında daha əvvəl də sizə süjetlər təqdim etmişik. Sıradakı xəbərimiz də bu haqdadır. Sumqayıtda 6 yaşlı uşağa özəl klinikada bir diaqnoz qoyulub, Bakıdakı dövlət xəstəxanasında isə başqa diaqnoz. İndi ailə çaş-baş vəziyyətdə qalıb. Valideynlər uşağı hansı diaqnoz əsasında müalicə etdirəcəklərini bilmirlər.

6 yaşlı uşağa iki xəstəxana fərqli diaqnoz qoyub. İlkin diaqnozdan ailə psixoloji sarsıntı keçirib.

Hadisə Sumqayıtda baş verib. Səbinə Rüstəmli oğlu İsmayılın dərisində problem yarandığına görə özəl klinikalardan birinə müraciət edib. Valideynə bildirilib ki, təcili olaraq qaraciyəri yoxlanılmalıdır. Biokimyəvi analizlərdən sonra qaraciyər fermentinin miqdarı 356 kimi göstərilib. Halbuki bu göstərici uşaqlarda 35 olmalıdır. Yalnız hepatit və sirroz kimi dəhşətli viruslar zamanı bu göstərici qalxa bilər. Analizin nəticəsi isə o anlama gəlir ki, İsmayıl qaraciyər şoku keçirir.

Təxminən 3 həftə sonra uşaq heç bir müalicə kursu keçmədən bu dəfə Bakıda dövlət xəstəxanalarının birində yenidən analiz verib. Nəticələr valideynlərin təəccübünə səbəb olub.

Valideynlər daha sonra ilkin analizin verildiyi Sumqayıtdakı klinikaya müraciət ediblər. Bu dəfə onlara başqa xəstəliyin simptomlarından danışıblar.

Uşağa 3 fərqli diaqnoz qoyulduğundan indi ailə hansı xəstəlik üzrə müalicə aparmalı olduqlarını bilmirlər. Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən "XəzərXəbər”ə bildirilib ki, analizlər mütləq yenidən yoxlanılmalıdır. Əgər həkim səhvi sübut edilərsə, o zaman sözügedən klinika və həkim haqqında tədbirlər görüləcək.скачать dle 11.3

Son xəbərlər