Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Soyuq havada küçədə qalan ailə sığınacağa yerləşdirildi, amma... - FOTO

27.09.2018 18:43 3 746
Soyuq havada küçədə qalan ailə sığınacağa yerləşdirildi, amma... - FOTO
Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr. 129 ünvanında qeydiyyatda olan I qrup əlil Kifayət Hüseynovanın “Space” Teleradio Şirkəti yaxınlığnda küçədə qalması ilə bağlı yayılan məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılıb.

Nazirlik əməkdaşları Kifayət Hüseynova ilə görüşüb. Vətəndaşa qanunvericiliyə uyğun olaraq sosial təminatla bağlı nəzərdə tutulan hüquqlardan istifadə təklif olunsa da, o bunlardan imtina edib.

Kifayət Hüseynova şəxsi yaşayış yeri ilə təmin olunmasını tələb edib. Ona bununla bağlı mövcud qanunvericiliyə uyğun olaraq aidiyyəti üzrə müraciət etməyi tövsiyyə olunub.

Qızı Aygün Hüseynova əmək qabiliyyətli olduğundan ona iş təklif olunub. Lakin anasına qulluq etdiyinə və azyaşlı övladı olduğuna görə işləyə bilməyəcəyini deyib.


Soyuq havada küçədə ailənin qalmaması üçün nazirlik əməkdaşlarının təkidindən sonra Kifayət Hüseynova və ailəsi nazirliyin sosial sığınacağına yerləşdiriliblər. Sığınacaqda qadınlar üçün nəzərdə tutulan otaqlar 3-cü mərtəbədə olduğu üçün o, səhhəti ilə əlaqədar ora qalxa bilməyəcəyini əsas gətirib. Və binanın 1-ci mərtəbəsində görüş üçün nəzərdə tutulan yerdə müvəqqəti yerləşdirilib. Amma burda da qalmaq istəmədiyini bildirir.

Məlumat üçün bilidirim ki, Kifayət Hüseynova təkcə bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 30 martda birdəfəlik maddi yardım, 14 iyunda Ramazan bayramı münasibəti ilə ərzaq yardımı, 29 iyulda Qubada istirahət mərkəzinə göndəriş, 15 avqustda Qurban bayramı münasibəti ilə ərzaq yardımı ilə təmin edilib.

P.S. Kifayət Hüseynova sığınacaqda qalmaq istəmədiyini deyərək bacısıgilə gedib.

Son xəbərlər