Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Şəhid Adil Rzayevin ailəsinin sosial vəziyyəti öyrənilib - FOTO

23.12.2020 19:24 780
Şəhid Adil Rzayevin ailəsinin sosial vəziyyəti öyrənilib - FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) və tabeliyindəki qurumların rəhbər şəxslərinin də Vətən müharibəsi şəhidlərinin və qazilərinin ailələri ilə görüşləri davam edir.

ƏƏSMN-dən verilən məlumata görə, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Adil Akif oğlu Rzayevin ailəsi ilə görüşüb.

Sumqayıt şəhərində yaşayan ailənin yaşayış vəziyyəti ilə tanış olan Xidmət rəisi ailənin dövlətin qayğısı ilə əhatə olunduğunu, ailə üzvlərinə müvafiq sosial ödənişlərin təyin edilməsi işlərinin aparıldığını bildirib.

Son günlərdə bəzi saytlarda şəhidin anası Hüseynova Məhbubə Almaz qızının işdən çıxarılması ilə bağlı yayılmış məlumatın da əsassız olduğu qeyd edilib. Bildirilib ki, e-sistemdə onun əmək müqaviləsi qüvvədədir.

Xidmət tərəfindən M.Hüseynovanın işlədiyi müəssisə ilə əlaqə saxlanılarkən müəssisədən də onun işinə davam etdiyi və müqaviləsinə xitam verilməsinin nəzərdə tutulmadığı deyilib. Şəhid anasına onun işinə davam etməsi məsələsinin bundan sonra da Xidmətin nəzarətində olacağı bildirilib.

Görüş zamanı şəhidin iki qardaşına işsiz olduqları üçün münasib iş, həmçinin növbədənkənar özünüməşğulluq proqramına cəlb edilmələri təklif edilib.

Ailəyə şəhid ailələri üçün nəzərdə tutulan sosial dəstək tədbirləri, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyac duyan ailə kimi qeydiyyata alındıqları halda gələcəkdə növbəlilik əsasında evlə təmin edilə biləcəkləri barədə də məlumat verilib.

Son xəbərlər