Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda zorlanmadan son anda qurtarılan qadın: “Məni yerə yıxıb, üstümdə oturdu” – VİDEO

27.09.2018 17:49 5 691
Bakıda zorlanmadan son anda qurtarılan qadın: “Məni yerə yıxıb, üstümdə oturdu” – VİDEO
Bakının Qala qəsəbəsində baş verən zorlama hadisəsinə görə sakinlər hadisəni törətməkdə şübhəli bilinən şəxs S. Quliyevin ailəsinə qarşı çıxıblar.

Median.Az
xəbər verir ki, “qafqazinfo”nun əməkdaşları qəsəbəyə gedərək zərərçəkmiş şəxs və hadisə şahidlərini dinləyiblər.

26 yaşlı Xatirə (ad şərtidir) sentyabrın 25-i axşam saatlarında işdən evə gələrkən qonşusu S.Quliyev arxadan ona yaxınlaşaraq sakit durmasını istəyib və ondan xoşu gəldiyini bildirib.

Daha sonra Xatirəylə cinsi əlaqədə olmaq istəyərkən qadının müqaviməti ilə rastlaşıb. İki uşaq atası olan şübhəli şəxs Xatirəni vuraraq yerə yıxıb. Daha sonra onu soyundurmağa başlayıb, bu zaman qonşu Ruslan səsi eşidərək küçəyə çıxıb və Xatirəni onun əlindən alıb.

Nəticədə qızın sifətində bir neçə yerdən zərbənin izləri qalıb, 4 yaşlı qızı olan Xatirə polisə şikayət etsə də, S. Quliyev hələ də həbs olunmayıb. Məhz ailə və qəsəbə sakinləri də bundan narazıdır.

Hətta sakinlər tələblərində daha da irəli gedərək həmin kişinin anası, atası və arvadının da bu yaşayış sahəsindən çıxıb getmələrini istəyirlər.

Qarşı tərəfdən baş verənlərlə bağlı cavab almaq üçün şübhəlinin evinə də baş çəkdik. Onun anası əri ilə oğlunun evdə olmadığını deyərək aqressiv formada sakinlərin və bizim getməyimizi tələb etdi.

Hazırda hadisə ilə bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, zorlamada ittiham olunan şəxs saxlanılıb.

Son xəbərlər