Mojo.az — elanlar
Son Xəbərlər
14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Şeyx: Zəncir vurmağa İmam Hüseyn də razı olmazdı

20.09.2018 12:36 2 027
Şeyx: Zəncir vurmağa İmam Hüseyn də razı olmazdı
Aşura günündə baş yarmaq, zəncir vurmaq olmamalıdır.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə qanvermə aksiyasında jutnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu gün ədalətin bərpa olunan və şəhidlərin yad olunduğu gündür:

“Bütün Azərbaycan və dünya müsəlmanlarına aşsağlığı verirəm. Artıq illərdir ki, bu gün qanvermə aksiyası keçirilir. Biz qan verməklə başqalarına can veririk. Bununla İmam Hüseyn vəsiyyətinə əməl edirik. Aşura günü baş yarmaq, zəncir vurmaq olmasa, yaxşıdır. Buna İmam Hüseyn də razı olmazdı”.

QMİ sədri bildirib ki, bu gün Azərbaycanda qəbul edilən fitvalar məhdudiyyət kimi təqdim edilir:

“Bizim fitvamız uşaqlarla bağlı məqəmlara da toxunub. Yaxşını-pisi bilməyən uşaq məscidə gətirilməməlidir. Azərbaycanda bu günün qeyd edilməsi ilə bağlı məhdudiyyət yoxdur. Baxmayaraq ki, verdiyimiz fitvanı məhdudiyyət kimk qəbul edirlər. Prezident İlham Əliyev dindarlar üçün şərait yaradıb.

Keçən il Hacıcavad məscidi tikildi, bu yaxınlarda prezidentlə məsləhətləşdik və Fatimeyi-Zəhra məscidini prezidentin öz vəsaiti hesabına inşa etdirmək istəyirik. Məhərrəmlikdən sonra tikintiyə başlanılacaq. Azərbaycanda başqa dinlərə olan münasibət yüksək səviyyədədir. Kilsələr təmir olunur. Bunlar dini münasibətlərin yüksək olmasının göstəricisidir”.//oxu.az

Son xəbərlər