Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Şamaxıda ögey anasını öldürən şəxsi prokuror psixiatrik xəstəxanaya göndərilməsini istəyib

14.09.2018 18:38 4 341
Şamaxıda ögey anasını öldürən şəxsi prokuror psixiatrik xəstəxanaya göndərilməsini istəyib
Bakı Ağır Cinayətlər Məhkəməsində Şamaxı şəhər sakini Rəhim Bağırovun CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Median.Az
xəbər verir ki, ötən il noyabrın 13-də Şamaxı RPŞ-nə gələn yeniyetmə anasının itkin düşməsi barədə məlumat verib. Məlum olub ki, hər səhər orta məktəbə gedən azyaşlı həmin gün anasını evdə tapa bilməyib və buna görə narahat olub. Azadlıq küçəsi, 52-də yerləşən evə yollanan polis əməkdaşlarının diqqətini həyətdəki su quyusunun daş-kəsək, ağac qırıntıları ilə doldurulması çəkib. Oğlan quyunun əvvəllər belə olmadığı bildirib. Dərinliyi 3 metr olan quyu təmizlənərkən, orada qadın meyiti aşkar edilib. Araşdırma zamanı məlum olub ki, o həmin evdə yaşayan Badam Bağırovadır (1960-cı il təv.).

İstintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, cinayəti bir neçə il əvvəl vəfat etmiş ev sahibi Hacı Bağırovun birinci arvadından olan oğlu, ruhi xəstə olan Rəhim Bağırov (1957-ci il təv.) törədib. O ayın 13-nə keçən gecə ailə münaqişəsi zəmnində qadını qətlə yetirib, sonra isə meyitini su quyusuna atıb. İzi itirmək üçün quyuya daş, torpaq və ağac qırıntıları atıb.

Qeyd edək ki, Badam Bağırova Hacı Bağırovun ikinci arvadı olub və nikahlarından bir övladları olub. Mərhumun hər iki arvadı və övladları eyni həyətdə yaşayıb.

Tutulan şəxs əvvəllər məhkum olunub və tezəliklə həbsxanadan çıxıb. Məhkəmə prosesində çıxış edən dövlət ittihamçısı bildirib ki, təqsirləndirilən şəxs anlaqsız vəziyyətdə olduğu üçün barəsində məcburi psixiatrik müayinə tədbirləri tətbiq edilməlidir. Buna görə də, məhkəmədən onun 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilməsini xahiş edib.

Növbəti proses ayın 21-də keçiriləcək.

Son xəbərlər