Mojo.az Banner
18:22 Bakıda yeniyetmə futbol oynadığı yerdə cinayət törətdi  |     18:22 Sadır Japarov Azərbaycana səfərə gəlib  |     18:20 Əməkdar jurnalist vəfat etdi  |     18:19 Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb  |     18:11 İranpərəst qruplaşma Azərbaycana hücumu etiraf etdi  |     18:07 Gəncədə 26 yaşlı kişini küçədə bıçaqladılar  |     18:06 İsrail prezidenti Azərbaycana səfərə gəldi - Foto  |     18:04 Şahin Şıxlinskinin Yekaterinburqda rəhbərlik etdiyi təşkilat ləğv edildi  |     17:53 Şavkat Mirziyoyev Bakıya yola düşüb  |     17:29 Saleh Səmədovun mənimsədiyi 200 min manatı oğlu qaytardı  |     17:28 İstanbuldan Bakıya minlərlə dərmanı qanunsuz gətirmək istədi  |     17:24 Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş - Rüşvətin məbləği bilindi  |     17:05 Bakıda yəhudi şagirdlər də məktəbə vahid formada gedirlər - Video  |     17:04 Hakan Fidan Bakıya gəlir  |     17:03 Əli Əsədov Laos prezidenti ilə görüşüb - Foto  |     17:01 Rəsmi Bakıdan Parisin əsassız iddialarına cavab  |     17:00 Azyaşlıya işgəncə verən falçının məhkəməsi: "Hər dəfə uşaq deyirdi ki, pişik cırmaqlayıb"  |     16:51 Beynəlxalq Qızıl Xaç Komitəsindən Zəngəzurda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama  |     16:50 Sergey Lavrov sabah Bakıya gəlir  |     16:45 Robert Koçaryan həbsdə qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Sabunçu rayonunda qonşusunu kəlbətinlə öldürən şəxs 18 il cəza alıb

11.05.2019 13:56 4 391
Sabunçu rayonunda qonşusunu kəlbətinlə öldürən şəxs 18 il cəza alıb
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Sakit Mirzəyevin (1982-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, ötən il avqustun 20-də Bakı şəhər sakini Əkrəm Tağızadənin (1933-cü il təv.) üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı Yeni Ramana qəsəbəsindəki evində tapılıb. Həmin gün Bakı şəhər Baş Polis İdarəsi (BPİ) və Sabunçu RPİ 12-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti münaqişə zəminində törədən əvvəllər məhkum olunmuş Sakit Mirzəyev saxlanılıb və istintaqa təqdim edilib.

İş üzrə dindirilmiş S.Mirzəyev qonşusu Ə.Tağızadəni kəlbətinlə öldürdüyünü bildirib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.скачать dle 11.3
Mojo.az Banner