Mojo.az Banner
19:37 Sabah yağış yağacaq, duman olacaq  |     19:30 "Laven Kafe" 17 saat fasiləsiz işləmiş tələbənin maaşını vermir? - VİDEO  |     19:25 10 min manatlıq oğurluq edən şəxslər tutuldular  |     19:11 Cinayətdə şübhəli bilinən 82 nəfər saxlanıldı  |     19:04 Gömrükdə yeni qaydalar vətəndaşlar üçün nəyi dəyişir? - VİDEO  |     18:54 Xəzər dənizində zəlzələ oldu  |     18:27 “Şəki yaylası”nda faciəvi şəkildə ölən - Ucalın atasından təsirli sözlər  |     18:15 Kəlbəcərdə tuneldə qalan ayı yorğun halda kömək gözlədi (VİDEO)  |     18:12 Nazirlər Kabineti təhsilalanlar üçün yeni geyim standartını təsdiqlədi  |     17:53 Bakıda marketdə arvadını döyən şəxs həbs olundu - Video  |     17:49 Bakının bu rayonunda qaz kəsiləcək  |     17:03 3-cü kurs tələbəsi vəfat etdi  |     16:55 Ötən həftə 1840,3 ha ərazi minalardan təmizlənib  |     16:39 Bu şəxslər üçün viza proseduru sadələşdirildi  |     16:22 Lənkəranda 3 gün əvvəl döyülən oğlan xəstəxanada öldü  |     16:12 "Tiktok"da quzu "satan" Orxan Həsənov saxlanıldı  |     16:09 Dima Bilan Azərbaycanı təmsil edən yeniyetməyə dəstək oldu - FOTO  |     16:05 Azərbaycanda bu institut ləğv olunur  |     14:47 Polşada Azərbaycana qarşı təxribatın qarşısı alınıb  |     14:32 Könüllü qanvermə aksiyası keçiriləcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Sabunçuda qıza görə qonşusunu öldürən şəxs 17 il cəza alıb

18.01.2019 17:57 5 598
Sabunçuda qıza görə qonşusunu öldürən şəxs 17 il cəza alıb
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Emil Heydərovun (1998-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, 2017-ci il dekabrın 18-də Sabunçu qəsəbəsi ərazisində, qəsəbə sakini Emil Heydərov münaqişə zəminində həmyerlisi, Nicat Həziyevə (1992-ci il təv.) bıçaqla xəsarətlər yetirib, nəticədə zərərçəkən kəskin qanitirmədən hadisə yerində keçinib. Həmin tarixdə Sabunçu RPİ 12-ci polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Heydərovu saxlayaraq, istintaqa təqdim ediblər.

Araşdırma zamanı məlum olub ki, həmin gün Həziyev məhəlləyə qızla gəlib. Bunu görən təqsirləndirilən şəxs ona iradını bildirib, bu zəmində aralarında mübahisə başlayıb və nəticədə Emil Nicata bıçaqla ölümlə birbaşa əlaqəsi olan zərbələr endirib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.скачать dle 11.3
Mojo.az Banner