Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Rəfiqəsini balta ilə hissələrə doğrayan qadına prokuror 18 il cəza istəyib

18.10.2018 18:25 4 085
Rəfiqəsini balta ilə hissələrə doğrayan qadına prokuror 18 il cəza istəyib
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini İrina Qorlovanın (1968-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Median.Az
xəbər verir ki, bu il fevralın 16-ı səhər saat 9 radələrində daxil olan məlumat əsasında Binəqədi RPİ-nin əməkdaşları Azadlıq prospekti, 28 ünvanında məişət tullantıları qutusunda hissələrə bölünmüş naməlum meyit aşkar ediblər.

Hadisə yerinə və meyitə baxış zamanı müəyyən edilib ki, cəsəd qadın cinsiyyətinə aiddir və onun təxminən 50-60 yaşı olub.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçiridikləri əməliyyat-istintaq tədbirləri ilə mərhumun, Bülbülə qəsəbə sakini, 58 yaşlı Lyubov Rəhimova olması və fevralın 12-də yaşadığı evdə tanışı, əvvəllər məhkum olunmuş İrina Qorlova tərəfindən küt alətlə qətlə yetirilib, balta ilə hissələrə bölündükdən sonra qeyd edilən məişət tullantıları qutusuna atılması müəyyən edilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə İ.Qorlova tutularaq, istintaqa təhvil verilib.

Məhkəmə prosesində çıxış edən dövlət ittihamçısı İ.Qorlovaya 18 il cəza təyin olunmasını xahiş edib.

Növbəti proses ayın 25-də keçiriləcək.

Son xəbərlər