Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir | 21:50 Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? (ŞƏRH) | 21:44 84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı | 21:43 İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini işdən çıxarıldı | 21:39 Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - KMBİ görüntüləri yaydı (VİDEO) | 21:38 Şirkətlərin gömrük kartlarından 247 minlik mənimsəmə - Vəzifəli şəxsə 6 il həbs cəzası verildi | 21:32 Gündə cəmi 7 min addım demensiya riskini azaldır - Mütəxəssisdən tövsiyə | 21:24 Vaxtı keçmiş mal satan mağazalar 6 min manat cərimələnəcək | 21:19 Saç düzümü insanın xarakterini göstərə bilər - Maraqlı məqamlar | 21:13 Premyer Liqanın ən yaxşı futbolçusu seçildi |
Mojo.az Avto
Mojo.az Avto

Rəfiqəsini balta ilə hissələrə doğrayan qadın : "Məni bezdirmişdi"

20.08.2018 18:01 11 645
Rəfiqəsini balta ilə hissələrə doğrayan qadın :
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini İrina Qorlovanın (1968-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Median.Az
xəbər verir ki, bu il fevralın 16-ı səhər saat 9 radələrində daxil olan məlumat əsasında Binəqədi RPİ-nin əməkdaşları Azadlıq prospekti, 28 ünvanında məişət tullantıları qutusunda hissələrə bölünmüş naməlum meyit aşkar ediblər.

Hadisə yerinə və meyitə baxış zamanı müəyyən edilib ki, cəsəd qadın cinsiyyətinə aiddir və onun təxminən 50-60 yaşı olub.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçiridikləri əməliyyat-istintaq tədbirləri ilə mərhumun, Bülbülə qəsəbə sakini, 58 yaşlı Lyubov Rəhimova olması və fevralın 12-də yaşadığı evdə tanışı, əvvəllər məhkum olunmuş İrina Qorlova tərəfindən küt alətlə qətlə yetirilib, balta ilə hissələrə bölündükdən sonra qeyd edilən məişət tullantıları qutusuna atılması müəyyən edilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə İ.Qorlova tutularaq, istintaqa təhvil verilib.

Məhkəmə prosesində şahid qismində ifadə verən taksi sürücüsü Yavər Məhərov bildirib ki, İrinanı dəfələrlə avtomaşınıla lazım olan yerə aparıb-gətirib. Onun sözlərinə görə, cinayət baş verən gün o rayonda olub : "İrina mənə maşın lazım olduğunu, yükünün ağır olduğunu dedi, mən isə Bakıda olmadığımı və gələ bilməyəcəyimi bildirdim".

İttiham aktına görə, Qorlova Rəhimovanı evini ələ keçirmək məqsədi ilə qətlə yetirib. Qeyd edək ki, təqsirləndirilən qadın ittiham üzrə özünü qismən təqsirli bilib. O, rəfiqəsini öldürdüyünü etiraf etsə də, evi ələ keçirmək ittihamını qəbul etməyib: "Məni bezdirmişdi, əsəbiləşib bıçaqla vurdum. Mənimlə mübahisə edirdi ki, niyə pul gətirmirsən, niyə içki almirsan".

Proses davam edir.

Son xəbərlər