Mojo.az Banner
22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |     20:15 Ət bazarında yeni qaydalar: Qiymətlər bahalaşa bilər  |    
Mojo.az Avto
Mojo.az Avto

Müğənnilərdən MTRŞ-ə müraciət: Verilişlərə nəzarət olunsun - YENİLƏNİB

14.09.2018 13:22 2 063
Müğənnilərdən MTRŞ-ə müraciət: Verilişlərə nəzarət olunsun - YENİLƏNİB
Xəbər verdiyimiz kimi, müğənnilər sosial media vasitəsilə Milli Televiziya və Radio Şurasına müraciət edərək, milli-mənəvi dəyərlərə ziyan verən verilişlərlə bağlı müvafiq ölçülərin götürülməsini istəyiblər.

Məsələ ilə bağlı oxu.az-a danışan Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirib ki, MTRŞ şou-biznes nümayəndələrinin müraciətlərini şərh etmir.

“Müğənnilərin müraciətini görməmişəm və oxumamışam. Bizə belə müraciət çatmayıb. Şou-biznes nümayəndələrinin müraciətlərini şərh etmirik. Rəsmi şəkildə olsa, baxarıq”, - deyə Dadaşov bildirib.

Qeyd edək ki, Əməkdar artist Lalə Məmmədova, müğənnilər Nura Suri, Günay İbrahimli, Elnarə Xəlilova, Səidə Sultan, Nadir Qafarzadə, Kərim Abasov, Elvin Abdullayev sosial şəbəkədə aşağıdakı fikirləri paylaşmışdılar:
“Bu reytinqi nəyə əsasən təyin edirlər? Kim edir? Necə olur ki, dünən yazdığım statusa bu qədər adam şərh yazır və hamı dəstəkləyir. Deməli, hamı efirlərdəki vəziyyətdən narazıdır. MTRŞ-ə bir çox müğənnilərin adından müraciət edərək xahiş edirik ki, bu barədə ölçü götürülsün və müvafiq qaydalar tətbiq olunsun. Milli-mənəvi dəyərlərimizə zidd, uşaqlarımızın mənəviyyatını korlayan bəzi proqramlara, eləcə də, verilişlərin məzmununa nəzarət olunsun”.скачать dle 11.3
Mojo.az Banner