Mojo.az — elanlar
Son Xəbərlər
14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |     13:33 Zaqatalada silsilə oğurluqlar edən şəxs tutuldu  |     13:30 Bakıda “Tesla” parkında tanışına qarşı quldurluq edən şəxsə hökm oxundu  |     13:26 Bakıda kişi 2 kişini aldadıb 455 min manat pullarını aldı  |     13:21 Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası  |     13:19 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azyaşlı soyğunçulara kömək etdi, evləri qarət olundu

11.09.2018 12:29 3 645
Azyaşlı soyğunçulara kömək etdi, evləri qarət olundu
Cəlilabad rayon sakini Arif İbişov rayon polis şöbəsinə müraciət edərək yaşadığı Göytəpə şəhərindəki evindən avqustun 22-dən sentyabrın 4-dək olan müddətdə 20 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

DİN-dən verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Şəhriyar Salmanov saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Araşdırma zamanı müəyyən edilib ki, Ş.Salmanova qeyd edilən cinayəti törətməkdə ev sahibinin azyaşlı oğlu yaxından kömək göstərib.

Belə ki, o, Ş.Salmanova evdə olmadıqları vaxtı və qızılların yerini söyləyib. Həmçinin istintaq zamanı müəyyən edilib ki, ev sahibinin oğlu hadisə günü mənzilin pəncərələrindən birini də qəsdən açıq saxlayaraq, Ş.Salmanovun evə daxil olması üçün şərait yaradıb. Saxlanılan şəxs qızılları əldə edəndən sonra Bakı şəhərinə gətirərək satıb.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər