Mojo.az Banner
12:41 Naxçıvanda vəzifəli şəxs HƏBS OLUNDU  |     12:39 İran ərazisindən daha beş nəfər təxliyə olundu  |     12:34 Qanunsuz ov edən 136 şəxs saxlanılıb  |     12:31 Orta aylıq əməkhaqqı artıb  |     12:22 Baş nazirdən inflyasiya ilə bağlı AÇIQLAMA  |     12:20 Tərtərdə 19 yaşlı qadın doğuşda öldü  |     12:11 Bakıda 200 MİN MƏNZİL inşa ediləcək  |     12:04 Baş nazir hökumətin alternativ enerji ilə bağlı planını açıqladı  |     11:53 Ət satışında qadağalar olsun - TƏKLİF  |     11:48 Bakıdakı universitetlər buraya KÖÇÜRÜLƏ BİLƏR  |     11:45 Erkən evlilik faktları üzrə 22 halın qarşısı alınıb  |     11:39 21 yaşlı oğlan sosial şəbəkədə əxlaqsız təkliflərinə görə - Həbs olundu  |     11:28 Azərbaycan və Pakistan xarici işlər nazirləri regional təhlükəsizliyi müzakirə etdilər - Telefon danışığı  |     11:25 Azərbaycan nefti 10 DOLLARDAN ÇOX BAHALAŞDI  |     11:16 Azərbaycanda daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR: 44 nəfər işdən çıxarıldı  |     11:07 Məğlubedilməz Hamzat Çimayevin rəqibi bəlli oldu  |     23:01 Tanınmış vəkil vəfat etdi - FOTO  |     22:53 Ceyhun Bayramov həmkarı ilə regionu müzakirə etdi  |     22:51 Mingəçevirdə maşın yolu keçmək istəyən piyadaları vurdu  |     22:45 "Əl enerjisi" ilə müalicə edən əcnəbiyə otağı kirayə verən şəxs DANIŞDI - Video  |    
Left Banner
Right Banner

Fədayə Laçın və qeyrilərinin prosesində şahidlər ifadə verib

03.09.2018 16:31 2 334
Fədayə Laçın və qeyrilərinin prosesində şahidlər ifadə verib
Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Fədayə Məmmədova (Laçın), Əli Ağami, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev, Penitensiar Xidmətin qarovul rəisi Ceyhun Səmədov, müavinləri Tural Poladxanov və Fuad Hacıyev, taksi sürücüsü Məhəmməd Hacıyev, Günay Atakişiyeva, Aqil Nəcəfov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə, Tərlan Zeynalov və Anar Əsgərovun CM-nin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə təqisrləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Median.Az
xəbər verir ki, prosesdə şahid qismində ifadə verən Ağstafa RPŞ-nin əməkdaşı Fərhad Quliyev bildirib ki, sözügedən hadisədən sonra rəhbərliyin göstərişi ilə rayon ərazisində qurulan postlardan birində xidmət aparıb. Onun sözlərinə görə, təqsirləndirilən şəxslərin olduğu "Opel" markalı maşın posta yaxınlaşarkən qəflətən istiqamətinə dəyişib. Buna görə onlar şübhəli avtomobili təqib ediblər : "Kəndin girəcəyində maşın dayandı, biz yaxınlaşanda sürücü düşdü. Yük yerindən düşən bir nəfər qaçdı. Arxa oturacaqda bir xanım əyləşmişdi. Biz hər iki şəxsi bölməyə apardıq".

Daha sonra şahid qismində təqsirləndirilən şəxs Fədayə Laçının bacısı Telli Ağayevanın iş yoldaşı Ədalət Zeynalov ifadə verib: "Telli xanım vaqon rəis idi. Bir iş yoldaşı kimi həmin açarı məndən istədi. Açarı tapdım, Fədayə xanıma verməli idim. Amma sonra zəng edib çəkilişinin olduğunu dedi. Başqa bir adam gəldi. Gecə dəmir yolunda açarı həmin şəxsə verdim. Lakin həmin adamın üzünü xatırlamıram".


Növbəti proses sentyabrın 5-ə təyin edilib.

Xatırladaq ki, ötən il noyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır CinayətlərəDair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Ona qarşı CM-nin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Qaçan məhbuslarla bağlı Penitensiar Xidmətin 10 əməkdaşı orqanlardan xaric edilib, 3 nəfər isə vəzifəsindən azad edilib.

Onların barəsində CM-nin 304.2.1- və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanılmaqla istintaq qrupu yaradılıb. Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə hadisə yerinin müayinəsi həyata keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində 23 oktyabr 2017-ci il tarixdə Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, Şirvan şəhər sakini, CM-nin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə təqsirləndirilən Əli Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, “Qoca” ləqəbli Etibar Məmmədov isə əməliyyat tədbiri zamanı polis əməkdaşlarına müqavimət göstərdiyi üçün atışmada məhv edilib.скачать dle 11.3
Mojo.az Banner