Mojo.az — elanlar
Son Xəbərlər
14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda tələbəni öldürən şəxslərin şikayətləri təmin edilməyib

14.08.2018 17:58 5 095
Bakıda tələbəni öldürən şəxslərin şikayətləri təmin edilməyib
Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Rəşad Həsənovun və Ağstafa rayon sakini Aftandil Məmmədovun CM-nin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) maddəlləri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, ötən il iyulun 3-ü səhər saat 8 radələrində Nəsimi RPİ Post-Patrul Xidmətinin əməkdaşları F.Əmirov küçəsindən, ağır vəziyyətdə olan yaralı oğlanı Təcili Tibbi Yardımla xəstəxanaya çatdırılmasını təmin edib, bu barədə Növbətçi hissəyə məlumat veriblər. İlkin ehtimallara görə, həmin şəxsi avtomobil vurub. Həkimlərin səyinə baxmayaraq, zərərçəkmişin həyatını xilas etmək mümkün olmayıb. Araşdırma zamanı, onun Qusar rayon sakini Samir Mehdiyev olması, Azərbaycan Memarlıq və İnşaat Universitetinin 2-ci kursunda oxuması müəyyən edilib.


Faktla bağlı CM-nin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb. Amma araşdırma zamanı DİN Təhlükəsiz Şəhər Xidmətinin texniki imkanları ilə həmin ərazidə heç bir yol-nəqliyyat hadisəsinin baş vermədiyi müəyyən edilib.Nəsimi RPİ 22-ci polis bölməsinin əməliyyat qrupu hadisə yerində keçirdiyi tədbirlərlə orada 3 nəfər arasında dava-dalaş olması, onlardan ikisinin digər bir nəfəri döyməsi barədə məlumat əldə edib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Rəşad Həsənov və Aftandil Məmmədov saxlanılaraq, bölməyə gətiriliblər.


Ətraflarında aparılmış tədbirlərlə şübhəli şəxslərin tikinti şirkətlərindən birinin ərazisindən oğurluq etməyə cəhd göstərdikləri zaman aralarında yaranmış münaqişə zəminində orada gözətçi işləyən Samir Mehdiyevi döymələri və ağır yaralı vəziyyətdə hadisə yerində qoyub qaçmaları müəyyən olunub. Buna görə CM-nin əvvəlki maddələri 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib və iş istintaqın davam etdirilməsi üçün Nəsimi rayon prokurorluğuna göndərilib. İstintaqın sonunda isə təqsirləndirilən şəxslərə CM-nin 120.2.1, 120.2.2 və 127.2.3-cü maddələri ilə ittiham verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Məmmədov 18 il 6 ay və R.Həsənov 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar.

Hökmdən məhkumlar apellyasiya şikayətləri verərək, cəzalarının yüngülləşdirilməsini xahiş ediblər.

Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq, onların şikayətlərini təmin etməyib və hökmü dəyişdirilmədən saxlayıb.

Son xəbərlər