Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Yasamalda böyük söküntüyə görə verilən kompensasiyanın MƏBLƏĞİ AÇIQLANDI

07.08.2018 14:11 2 607
Yasamalda böyük söküntüyə görə verilən kompensasiyanın MƏBLƏĞİ AÇIQLANDI
Bakının Yasamal rayonunda yeni yolun çəkintisi sürətlə davam edir.

Bu barədə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli baku.ws-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu işlərlə bağlı həmin ərazidə yerlşən evlərin söküntüsünə başlanılıb.

“Plana düşən 75 evin söküntüsünə başlanılıb”, - deyə qurum rəhbəri bildirib.

Anar Nəcəfli deyir ki, yeni yol Yasamal bazarının yaxınlığından, yəni "ASAN xidmət"in kənarı ilə çəkilir. Onun sözlərinə görə, evləri həmin ərazidə yerləşən vətəndaşlara kompensasiya veriləcək:

“Kompensasiya mənzilin yerləşdiyi əraziyə görə ödənilir. Mənzilin hər kvadratına görə, ailələrə 1200 manata qədər kompensasiya ödənilir. Ərazidə müxtəlif təyinatlı obyektlər yerləşir. Köçürülən ev, eyni zamanda obyektlərin qanuni və qanunsuz olmasına baxmayaraq vətəndaşlara kompensasiyalar veriləcək. Artıq kompensasiyanın verilməsinə başlanılıb”.

Qeyd edək ki, Bakının Yasamal rayonunda 75 evin söküntüsünə başlanılıb. Buna səbəb ərazidə 4 zolaqdan ibarət, müasir tələblərə cavab verən yolun çəkilməsidir. Yeni yol Şərifzadə küçəsi ilə Bakı xarici dairəvi yolu birləşdirəcək. İşlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilir. Yeni yol Yasamal bazarının yaxınlığından, yəni "ASAN xidmət"in kənarı ilə çəkilir. Ümumi uzunluğu 1310 metr olacaq yolun hər iki tərəfində piyadaların rahat hərəkəti üçün səkilər salınacaq, müasir işıqlandırma sistemləri qurulacaq.

Son xəbərlər