Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:51 Sabiq şöbə rəisinə yüksək vəzifə verildi | 17:44 Paşinyan Antalyada Azərbaycan mahnısının sədaları altında qarşılandı - VİDEO | 17:36 Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq | 17:08 Əcnəbilərin Azərbaycanda işləməsi və yaşaması ilə bağlı YENİLİK | 17:04 Dövlət komitəsinin sədri Gürcüstan səfiri ilə görüşüb | 16:57 Kafeni yandırıb ölümə səbəb olan şəxsin məhkəməsində zərərçəkən: "Ayaqlarım dizə qədər yanmışdı" | 16:50 DYP adından saxta cərimə mesajları göndərilir: Vətəndaşlara xəbərdarlıq | 16:19 Ərdoğan Azərbaycana təşəkkür edib | 16:14 Azərbaycanlı bloqer Ermənistana buraxılmadı - Video | 16:12 İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib - FOTO | 16:08 Bayramdan sonra iş rejiminə qayıtmaq: Adaptasiya dövrünü necə asanlaşdıraq? | 15:50 Azərbaycanın təşəbbüsü BMT-də qəbul edildi | 15:42 Dağ kəndlərində qaz və işıq limitləri ləğv olunsun - Təklif | 15:39 Azərbaycanda yeni iş modeli tətbiq oluna bilər | 15:38 Minimum əməkhaqqının artırılması üçün ilk addım atıldı | 14:28 İrəvanda Azərbaycan əsgəri Koçaryanla qonşu kamerada saxlanılır | 14:26 İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı | 14:15 Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü | 14:14 20 Yanvardakı tıxaclar azala bilər: Yeni yolun üstünlükləri | 13:52 Aztəminatlı gənclərə müjdə: 35 milyon manat ayrılır |
Mojo.az Avto
Mojo.az Avto

Hacı Mazan Xəzər TV-nin əməkdaşlarına hücum çəkdi, ev sahibini döydürdü - VİDEO

04.08.2018 13:10 6 816
Hacı Mazan Xəzər TV-nin əməkdaşlarına hücum çəkdi, ev sahibini döydürdü - VİDEO
Dünən Xəzər TV-nin əməkdaşlarına çəkiliş zamanı hücum edilib.

Median.Az
-ın Xezerxeber.az-a istinadən verdiyi məlumatına görə, çəkiliş qrupumuz vətəndaş Faiq Seyfullayevin televiziyamıza müraciəti əsnasında problemi araşdırmaq üçün müvafiq ünvana gedib. Problemin araşdırılması zamanı əməkdaşlarımız Faiq Seyfullayevin evində Ramazan Zeynalov adlı şəxs və yanındakı şəxslər tərəfindən fiziki təziqə məruz qalıb. Çəkiliş avadanlıqlarını zorla əməkdaşlarımızn əlindən alan Ramazan Zeynalov və yanındaki şəxslər, hətta ev sahibi Faiq Seyfullayevi də döyüblər.

Əslində, həmin əraziyə Faiq Seyfullayev adlı vətəndaşın elektrik enerjisini MTK rəhbərliyinin əsas olmadan kəsməsi iddiasını araşdırmaq üçün getmişdik. Vətəndaşın evində yenicə çəkilişə başlamaq istəyirdik ki, qapı döyülməyə başladı. Qapını açanda isə Ramazan Zeynalov və daha iki nəfər içəri daxil oldu. Ardından isə məlum hadisə yaşandı.

Nə qədər təmkinlə və jurnalist etikası çərçivəsində davaranmağa çalışsaq da, özünü bu ünvanın sahibi kimi təqdim edən Ramazan Zeynalov əməkdaşlarımıza fiziki təziq göstərərək həm çəkilişə mane oldu, həm də avadanlıqları zorla əlimizdən almağa çalışdı. Bütün bunları isə ev sahibi Faiq Seyfullayev mobil telefonu vasitəsi ilə çəkə bildi. Bundan sonra isə mikrofonumuzu əlimizdən aldılar və bizi zorla mənzildən bayıra çıxardılar Faiq Seyfullayevə isə bir neçə zərbə vurdular.

Daha sonra bayıra çıxdıq və bir müddətdən sonra mikrofonu Ramazan Zeynalovdan aldıqdan sonra Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə müraciət etdik.

Ev sahibi Faiq Seyfullayev deyir ki, bizim əməkdaşlar mənzildən çıxdıqdan sonra, o da öz təhlükəsizliyini təmin etmək üçün 102 xidmətinə müraciət edib.

Faiq Seyfullayev başından və bədəninin müxtəlif yerlərindən zədələr alıb. Hadisə ilə bağlı təfərrüatları araşdırmaq üçün tərəflərin hamısı Binəqədi rayonunun 4-cü polis bölməsinə dəvət olundular.

Faiq Seyfullayev deyir ki, Ramazan Zeynalovla aralarında yaranan mübahisəyə səbəb, ona zorla MTK ilə müqavilə bağlatmaq istəyidir. Qeyri-qanuni olan müqavilə isə vətəndaşların öz mənzillərini itirməsi ilə nəticələnə bilər. Ona görə də, o, bu müqaviləni imzalamqdan imtina edib.

Təbii ki, jurnalistika prinsiplərinə sadiq qalaraq Faiq Seyfullayevin iddialarına Ramazan Zeynalovun cavabını öyrənmək istərdik. Ancaq üzləşdiyimiz məlum mənzərə qarşısında bunun mümkün olmayacağı qənaətinə gəldik. Bundan sonrakı hadisələri isə hüquq mühafizə orqanları araşdırılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Son xəbərlər